Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Moskvada Afaq Şıxlının 50 illik yubileyi keçirildi
Həkim-şair-tərcümçi, 12 şeirlər və tərcümələr kitabının müəllifi, Azərbaycan yazıçılar birliyi Moskva bölməsinin katibi Afaq Şıxlının 50 illiyi ilə bağlı “Poeziya axşamı” Azərbaycan konqresinin konfrans zalında baş tutdu.

Tədbiri Azərbaycan Yazarlar Birliyi Moskva bölməsinin rəhbəri Abuzər Bağırov açaraq Afaq Şıxlı yaradıcılığının çoxşahəli olmasından danışdı. Onu sevgi-məhəbbət şairi adlandıran A.Bağırov yubiliyarın çoxsaylı şeirlər və təcrcümə kitabının müəllifi olduğu, adının ölkəmizdən kənarda tanındığı, kitablarının müxtəlif dillərə tərcümə edildiyi haqda qısa məlumat verdi.
AVRO-2020 Futbol turniri püşkatmasının nəticələri məlum oldu
Buxarestdə futbol üzrə Avropa Çempinatı-2020-nin püşkatması keçirilib. Turnirin 20 iştirakçısı artıq məlumdur. Daha 2 komanda isə 2020-ci il martın sonunda keçiriləcək qarşılaşma oyunlarından sonra bilinəcək.
Dörd ölkə Rusiyadan Ukraynanın süverenliyinə hörmət etməyi tələb etdi
Ukrayna, Estoniya, Litva və İsveçin xarici siyasət idarəsinin başçıları Rusiyanın Ukraynanın süverenliyinə hörmət etməsi tələbi ilə bəyanat imzalamışlar. Sənəd Ukrayna XİN-nin rəsmi saytında dərc olunub.


Bəyanatda RF-nin 2018-ci ildə Kerç boğazında saxladığı Ukrayna gəmisindəki dənizçiləri verilməsi tələbi əksini tapıb. Nazirlər nəinki Ukraynanın süverenliynə hörmət etməyi xahiş edir, həmçinin Azov dənizindən maneəsiz Ukrayna limanlarına keçid və sərbəst hərəkətin təmin edilməsini tələb edirlər. Onlar bununla guya Rusiya tərəfinin beynəlxalq hüquqlara və əsas prinsiplərə əməl etməsini istəyirlər.

Kipr milyarder  rusların "qızıl pasportlarını" ləğv etdi
Kiprin Politis qəzeti ilk dəfə olaraq vətəndaşlığı ləğv olunan milyarderlərin siyahısını dərc edib. Siyahıda üç vəsait qoyan rusiyalının adı da var. Bundan əlavə onların ailə üzvlərinin də vətəndaşlığı geri alınıb.

Rusiyada emiqrasiya  etmək əhval-ruhiyyəsi  artıb
Rusiyada getmək istəyələrin sayı artır. "Levada" sosial araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə 21 faiz ölkədən getmək istəyindədir. Xaricdə daimi yaşamaq istəyində olanların sayı may ayından bu yana dəyişib. . May ayında keçiriən sorğuda iştirak edənlərin 15 faizi bu istəkdə olduğunu bildirmişdi.

"Levada-mərkəz"in verdiyi məlumata görə 18-24 yaşında olanlar arasında keçirilən sorğuda 53 faiz emiqrasiya etmək iəhval-ruhiyyəsində olduğunu deyiblər. May ayında bu yaşda olanların 37 faiz ölkəni tərk etmək istəyində idi.

25-39 yaş arasında olanların 30 faizi, 40-54 yaş arasında olanların isə 19 faizi daimi yaşayış üçün xaricə getməyi düşünürlər. 55 və ondan yuxarı yaşdlıların cəmi 7 faizi 7 faiz bu fikridədir.
Günay Bəylərqızı  "O səs Türkiyə" də ifası ilə salonu  titrətdi- VİDEO
"O səs Türkiyə " yarışmasının bu gecı-24 noyabr tarixli bölümündə azərbaycanlı iştirakçı Günay Bəylərqızı "Saçlarımı yol gətir" şarkısıyla münsiflər heyətinin hamısını döndürməyi başardı. Populyar musiqi yarışmasının builki mövsümündə münsifləri səsinə ən az zaman aralığında-11 saniyə içərisində düyməyə basmağa vadar edən Günay Bəylərqızına əvvəl Murad Boz və Bəyazid Öztürk ardınca Seda Sayan, Hadisə döndü
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Volqa-Xəzər sülhün görünməyən körpüsü

Körpülər təkcə qarşı sahilləri deyil millətləri, münasibətləri, sevgiləri birləşdirməyə götürən yoldur. Noyabrın 15-16-da Samarada Azərbaycan mədəniyyəti günlərinin “Volqa-Xəzər sülhün görünməz körpüsü” adı altında keçirilməsində əsas vurğu buna yönəlmişdi.

Əvvəldən də xəbər verildiyi kimi 14 regionu birləşdirən Privoljsk Federal dairəsinin milli-mədəni ictimai birlikləri belə bir tədbirin keçirilməsi üçün coğrafi cəhətdən mərkəzdə yerləşən və Rusiyanın ürəyi sayılan Samaranı məkan seçmişdilər.

Samarada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbir şəhərin Şöhrət meydanında Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgərin barelyefi qoyulmuş memorial abidə kompleksinin önünə əklil və çiçək dəstələri qoyma mərasimi ilə başlandı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra regionlarından gələn Azərbaycan təşkilatlarının nümayəndələr dəyirmi masanın keçirildiyi Samara Quberniya Dumasına gəldilər.

Forum ıştirakçılar Samara vilayətinin isqtisadi-sosial həyatındakı yeniliklərdən bəhs edən “Samara Rusiyanın döyünən qəlbidir” adlı videoçarxı izlədilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Tədbirin təşəbbüskarı və təşkilatşılarından olan Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, Samara vilayətı İctimai palatasının üzvü Şirvan Kərimov yığıncaqda iştirak edən Samara vilayəti qubernatorluğunun, Quberniya və şəhər Dumasının, vilayəti höküməti və şəhər administrasiyasının, Samara vilayəti İctimai palatasının, eləcə də regionlaradan gələn Azərbaycan ictimai birliklərinin nümayəndələrini və qonaqları salamlayaraq dəvətini qəbul etdiklərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkür etdi.

Şirvan Kərinov yığıncağın “Volqa-Xəzər – sülhün görünməz körpüsü” adı ilə keçirilməsinin təsadüfi olmadığına da diqqət çəkdi.

“Böyük Vətən mümharibəsi dövründə çətin şərtlər altında Bakı nefti Volqa –Xəzər yolu ilə Rusiyanın müxtəlif regionlarına çatdırılıb. Bizim ümumu qələbəmizin təmin olunmasında bu yolun böyük rolu olub. Volqa-Xəzər -bu yol sülhün, bərabərliyin, qardaşlığın görünməz körpüsüdür”.
Qarakənd faciəsindən ... keçir
Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!
Ərdoğan ABŞ-dan  "Patriot" almaq ehtimalı ola bilər deyib

Təbii ki, şərtlər əlverişli olarsa Türkiyə Amerikadan "Patriiot" zenit-raket sistemi almaq ehtimalını rədd etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa bildirib ki, ABŞ-dan sərfəli təklif gəldiyi təqdirdə, ölkəsi "Patriot" zenit raket sistemini almaq variantı üzərində düşünə bilər.

"Biz C-400 və F-35 ətrafında yaranan anlaşmazlığı aradan qaldıra bilərik"-deyə Tükiyə lideri qeyd edib.

Bir müddət əvvəl xəbər verilişdi ki, Tramp və Ərdoğan öz nazirlərinə Türkiyənin havadan müdafiə sistemi С-400-ün Rusiyadan alınması ətrafındakı vəziyyətin nizamlanması üçün çalışmalara başlanmasını tapşırıblar.

Yenises.ru
В Самаре пройдут Дни азербайджанской культуры

В Самаре 15-16 ноября пройдет серия мероприятий в рамках Дней азербайджанской культуры под названием «Волга – Каспий: незримый мост мира» с участием руководителей азербайджанских национально-культурных объединений регионов Приволжского Федерального округа, сообщает Единый информационный портал азербайджанцев России AZRU.

Организатором мероприятий является Лига азербайджанцев Самарской области (ЛАСО).

Дни азербайджанской культуры начнутся с церемонии возложения цветов к Вечному Огню и горельефу «Скорбящей Матери-Родине». Затем пройдет круглый стол «Волга – Каспий: незримый мост мира», состоится экскурсия по городу и гала-концерт с участием азербайджанских творческих коллективов Самарской области.

Во второй день мероприятий состоится литературный меджлис, посвященный 650-летию азербайджанского поэта и мыслителя Имадеддина Насими. Завершатся мероприятия Дней азербайджанской культуры встречей актива Самарской областной общественной организации «Лига азербайджанцев Самарской области» (ЛАСО) с гостями из регионов Приволжского Федерального округа.
В Самаре пройдут Дни азербайджанской культуры
Надо отдать должное, что ЛАСО, созданная в 85-ю годовщину создания Азербайджанской Демократической Республики, т.е. 28 мая 2003 года, все эти годы успешно и на достойном уровне представляет азербайджанскую общину Самарской области. Пропаганда богатого историко-культурного наследия азербайджанского народа, защита прав соотечественников, развитие межнационального мира и согласия в регионе, последовательная работа с молодежью, популяризация здорового образа жизни на примере собственных блистательных спортивных достижений и многое другое как нельзя лучше характеризуют единственную признанную на всех уровнях власти и общества организацию азербайджанцев Самарской области. Любое мероприятие ЛАСО, будь то круглые столы на актуальные темы, научно-практические конференции, фестивали, концерты, выставки, по своему уровню и масштабу заслуживают огромного внимания и слов благодарности, деятельность ЛАСО всегда находится в центре внимания местных и региональных СМИ. У ЛАСО есть свой ансамбль, а футбольная команда организации по доброй традиции неоднократно становилась чемпионом. ЛАСО стала родным домом для местных азербайджанцев. Помимо всего прочего, ЛАСО по праву гордится тем, что стала площадкой для создания семей – молодые люди, познакомившись в ЛАСО, скрепили свою любовь семейными узами.

Председатель правления ЛАСО Ширван Керимов активно участвует в общественно-политической жизни города и области, представляя азербайджанскую общину в общественных структурах. Каждое крупное мероприятие ЛАСО проводится с участием губернатора области, руководства, официальных лиц, представителей общественности. Это – не хвалебные оды в адрес ЛАСО и его руководителя, а отражение того, что есть в действительности – как говорится на языке журналистов, основано на реальных событиях.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Tarix : 8-03-2013, 14:00
Aslanın erkəyi dişisi olmaz!!!
Bu yaz günü, qadınlar bayramı ərəfəsi niyə Afaq Şıxlı belə bədbin notlara toxundu deyə bilərsiniz.... Məsələ burasındadır ki, dünən tanışların birindən eşitdiyin söhbət məni bu yazını yazmağa vadar elədi...

Nədənsə, şərq dünyasında sanki iki cins mövcuddur – kişi və ana.
Kişi böyüyür, əzizlənir, boya- başa çatır, hər yerə gedir, yüzüylə görüşür birini alır. Qadın isə bir çox ailələrdə və ətrafda 17-19 yaşından sonra kəşf olunur. Ondan əvvəl isə evin siravi üzvü kimi fəaliyyət göstərir. Evlənmə yaşına çatanda isə birdən-birə kəşf olunur. Ərə gedib ana olandan sonra isə yenidən siravi statusuna qayıdır.
Əlbəttə elə evlər var ki, qızı başın tacı kimi saxlayırlar və belə də olmalıdır. Amma gəlin razılaşaq ki, kişi bala ilə qız bala arasında fərq qoyanlar hələ də az deyil.

Qadınlar haqqında, onların mənafeyi haqqında yazmağım ilk dəfə və yəqin ki, son dəfə deyil. Bu gün, sizinlə Bir həkim, bəlkə bir şairə və ya sadəcə bir insan kimi danışacam. Bir qədər tibbi məlumat verib, sözümün canına keçim.
Bilənlər bilir və bilməyənlər də bilsin ki, insanların xromosom dəsti 46-dır, bu da 23 cüt təşkil edir. Yetişmiş cinsi hüceyrələrin nüvəsindəki xromosomların tərkibində 22 somatik xromosom, yəni irsi əlamət daşıyıcıları və yalnız 1 cinsi xromosom olur. Somatik xromosomları rəqəmlərlə (1-dən 22-yə qədər), cinsi xromosomları isə X, ya da Y hərfləri ilə işarələyirlər.

Bütün qadınların cinsi hüceyrəsi bircinsli, yəni ancaq X-xromosomludur.Kişilərin spermatozoidi isə müxtəlif cinsli olur. Onların bir qismi X—xromosomu, digər qismi isə Y—xromosomu daşıyır. İki cinsi hüceyrə birləşdikdə yumurta xromosomu və spermatozoid xromosomu cüt-cüt birləşirlər. Gələcək uşağın cinsi — yumurta hüceyrələrinin X-, ya Y-xromosom ilə mayalanmasından asılıdır. Əgər yumurta hüceyrəsi X-xromosomlu spermatozoidlə birləşmişsə qız, Y-xromssomla birləşmişsə oğlan olacaqdır.
Deməli, oğlan və ya qız övladın dünyaya gəlməsində yalnız və yalnız kişilər "günahkardır". Bəs belə olduğu halda dünyaya gələn qızların küçümsənməsi, onları dünyaya gətirən ananın başına qaxılması, dalbadal qız anadan olduqda davalar salınması - nə deməkdir? Bax bunu mən heç cür anlaya bilmirəm! Bu ya tibbi savadsızlığın, ya da kişi eqoizminin məhsuludur.

Hər şeylə yanaşı Tibb də inkişaf edir... İnsanların düçar olduqları və bir zaman sağalmasına ümid edilməyən dərdlərin dərmanı tapılır. Yeni aparatlar icad olunur. Onların vasitəsilə aşkar olunması çətinlik törədən xəstəliklərin tapılması, diaqnozların qoyulması asanlaşır. Belə aparatlardan biri də USM - ultra səs müayinəsi (rus dilində УЗИ - ультра звуковое исследование) aparatıdır. Onun kəşfi tibbin ən böyük nailiyyətlərindən biri hesab edilir. Amma... USM aparatlarının yaranması zamanı onun səyilə nə vaxtsa bir vaxt gender (cinsi) balansının pozula biləcəyi yəqin ki, düşünülməmişdi.
Bu haqda mütləq yazacağıma söz vermişdim.

Böyük Allah qadını hüquqsuz yarada bilməzdi! Sevimli Peyğəmbərimiz (c) kəlamlarında buyurub: "Övladlarınız arasında ayrı-seçkiliyə yol verməyin. Əgər belə bir seçim olsaydı, mən qızlara üstünlük verərdim". Nəyə görə məhz müsəlmançılıqda bu kimi möhtəşəm kəlamlar unudulur? Əgər cahillik dövründə ərəblər doğulan qızları diri-diri torpağa basdırırmışlarsa, indi isə dünyanın bir çox yerlərində, eləcə də Azərbaycanda qız uşaqlarını hələ dünyaya gəlməmiş öldürürlər. Hazırda yüzlərlə qadın təbiətin əksinə gedərək özünü ailənin gözündə “ucaltmaq” üçün bətnindəki körpəni - qızı məhv edirlər. Artıq qız uşaqlarına qarşı "soyqırım" əməliyyatının qarşısını almaq üçün dölün cinsi haqda valideynlərə məlumat verilməsinə qadağa qoyulması məsələsi ortaya çıxıb. Çünki ölkənin gender balansında ciddi dəyişikliklər müşahidə olunur. Həkimlər bəzi qadınların USM-ə məcburi sürükləndiyini də deyirlər.

Bir qadının dediklərindən:
O, 2 qız övladı olduğu üçün 3-cü uşaq mütləq şəkildə oğlan olmasına məcbur edilir. Artıq 6-çı dəfədir ki, UZİ-nin cavabında “qız” deyiləndən sonra aborta gedir. Həkimlər onun sağlamlığında pozğunluqlar getdiyini bildirsələr də, ailə üzvləri öz iddialarından çəkilmirlər. Nə edilən günah qorxusu, nə insaf, nə analıq və atalıq hissi insanları bu cinayətdən çəkindirə bilmir. Nəhayət, qadın gözgörəsi cinayətin qurbanı olur – o bir daha ana ola bilməyəcək.

Azərbaycanda oğlan nəslin davamçısı, "düşmən çəpəri" kimi qəbul edilir. Həm də hazırda ailələrin çoxu 2 övlad istəyir. Onların 1-nin, bəzi hallarda isə 2-nin də oğlan uşağı olmasına üstünlük verilir. Bəzi kişilər qız dünyaya gəldikdə utanc hissləri keçirir, yaxınlar isə ataya ürək-dirək vermək üçün "canın sağ olsun" deməyi özlərinə borc bilirlər. Oğlan doğulduqda isə bu hadisə ilə bağlı məclislər qurulur.
Düşünün! İnsanlar! Hələ ki, harmoniya var! Hələ cinsi balans tam sarsılmayıb. Amma bu nə qədər davam edə bilər? Gələcəkdə elə ola bilər ki, 2:1 nisbətində hətta daha artıq qız azlığı yaranar. Siz bu halla razılaşacaqsınızsa qızları öldürməyə davam edin! Əgər yox, onda övladlar arasında seçki qoymayın!
Məsəl var, deyiblər: Aslanın erkəyi dişisi olmaz! Bu məsəl özünü dəfələrlə döğrultmayıbmı? Allahın verdiyi hər paya, hər nemətə şükr edin! Övlad qatili olmayın! Bu qədər günahlarla dolu dünyada bir də bu günahı üstünüzə almayın! Atalar, qız övladlarınızı əziz saxlayın! Axı 1 axmaq oğuldan, 5 ağıllı qız yaxşıdır! Analar, qızlarınızı əzməyə imkan verməyin! Onlar kiçik qadınlardır!

Qız övladının ailədə ikinci dərəcəli bir üzv sayılması onun bütün gələcəyinə təsir edir:
Psixoloji davamsızlıq,
Özünəqapılma,
Mənəvi güczüzlük,
Gələcəkdə sevmədiyi insana zorla verilə bilmə imkanı,
Bir qadın kimi aşağılanmaq...

Bütün bunlar ən çox şərq dünya görüşünün məhsullarıdı. Baxmayaraq ki, İslamda qadın hüquqları və qadın anlamı yüksək mövqe tutur. Nəyə görəsə, məhz müsəlman qadınları daha çox tapdalanan və əzilən olurlar.
Bilirsinizmi, qərb dünyasında qadınlar hansı hüquqlara malikdirlər? Sadalansa elə bir rəqəm alınar ki, bu bizim təsəvvürümüzə belə sığmaz. Amma gəlin sayım:

Təhlükəsiz həyat hüququ.
Qorxusuz yaşamaq hüququ.
Sevmək və sevilmək hüququ.
Sayqılı münasibət hüququ.
Özəlliklərə sahib olma hüququ.
Şəxsi müstəqillik hüququ.
Şəxsi fikirə sahib olma və onu ifadə etmə hüququ.
Şəxsi fikirə sahib olma və onu dəyişdirmə hüququ.
“Yox” demək hüququ.
Şəxsi pula malik olma və onu istifadə etmə hüququ.
Sual vermək hüququ.
İdeal insan yox, adi adam olmaq hüququ.
Səhv etmək hüququ.
Şəxsi məsələləri həll etmək hüququ.
Hamıya xoş gəlməmək hüququ.
Hər şeydən öndə özünü düşünmək hüququ.
Öz həyatını dəyişdirmək hüququ və s... və s...


İndi siz deyin, bunlardan hansılar bizdə var, hansılar isə yoxdur?

Ana bizim üçün müqəddəsdir. Bunu inkar eləmək olarmı? Əlbəttə olmaz!
Amma bəzi kişilər üçün Analarmı müqəddəsdir ya yalnız Öz anaları?
Bizdə hər şeyin ikili standartı olduğu kimi, ana barəsində də belədir.
Məsələn, öz anasını müqəddəs sayan kişi, evə gəlib öz anasının alnından öpüb ağlaya bilər, uşaqlarının anasını isə döyə bilər. Qaynanasına isə hətta söyə də bilər.
Qadın var ki, ata evinə getməyə həsrətdi. Ana var ki, qızının evinə getməyə qorxur. Düzdü bunlar getdikcə azalır, amma kəndlərimizə və bəzi dərinliklərimizə nəzər salsaq... yenə də belə hallar var.
Qadının üzü gülməyən evdə bərəkət olmaz – deyiblər...
Qadınların bu dünyada bircə bayramı var. Gözlərini dikdikləri, bütün ili gözlədikləri – 8 mart!
Qadınlar gününün ləğv olunması, əvəzində Analar gününün təsis edilməsi haqda məsələ təəccüblü deyilmi?
Olmazmı ki qadının ildə iki bayramı olsun? Birini ləğv etmədəm digərini vermək mümkünsüzdürmü?
Amma bir söz də deyim - Analar günü.... hamını təbrik edən olmayacaq...
Düşünməyə dəyər.

Afaq ŞIXLI
Moskva




Baxış: 2784 | Bölmə: Afaq Şıxlı
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru