Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Putin Gürcüstana qarşı sanksiyanın əleyhinədir, amma
RF prezidenti Vladimir Putin ilk dəfə olaraq Gürcüstana qarşı sankisya əleyhinə çıxış edib. Onun Gürcüstana sanksiya tətbiq edilməsini istəmədiyi barədə RİA Novosti yazıb.

Rusiya lideri qeyd edib ki, o, sanksiya tətbiq etmək istəməzdi.
Yavər Həsən - QARABAĞ
Ey mənim viran olan cahü cəlalım, Qarabağ!
Ey mənim ağrım-acım, dərdü məlalım, Qarabağ!

Ey mənim rəngi kömür rənginə dönmüş Günəşim,
Ey mənim bəxti sönük qarə hilalım, Qarabağ!

Ey mənim gülşəninə güllə yağan Şah yurdum,
Ey mənim zəhrə dönən şəhdi-zülalım, Qarabağ!

Ey mənim gözlərimin Ərşə çəkilmiş yuxusu,
Ey mənim şamü səhər fikrü xəyalım, Qarabağ!

Ey mənim surəti Həq surətini rəsm edənim,
Ey mənim hər qarışı Tanrı sayalım, Qarabağ!

Ey mənim qəfləti şər gülləsinə rast olanım,
Ey mənim qanı süzən vəhşi maralım, Qarabağ!

Ey mənim Xaliqimin nəqşi, təbiət gözəli,
Ey mənim Ruh yerim, əcdadi mahalım, Qarabağ!

Sənsizəm, can pətəyim boş yuvadır, Səndə imiş,
Həm arım, həm çiçəyim, həm də ki, balım, Qarabağ.

Xarıbülbül qoxusundan nəfəs almır ciyərim,
Bihalam, ölməyə də yoxdu, ta halım, Qarabağ.

Şuşasız şişə kimi sındı çilikləndi könül,
Oldu dünya evi bağrımdakı xalım, Qarabağ.

Qarabağ atları kişnəşmədədir ahim ilə,
Oyadırlar ki məni, dərdimə dalım, Qarabağ.

Əlimi Səndən üzərsəm, fəqirin mağmınıyam,
Olsa da cümlə cahan sərvətü malım, Qarabağ.

Sən əsirsən, Səni azad eləmək istəməsəm,
Olmasın bircə nəfəs alma macalım, Qarabağ.

Sözü Həq Yavər Həsəntək girirəm meydana ki,
Tanrıdan güc, qarı düşməndən öc alım, Qarabağ!
Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən iki rusiyalı qadın saxlanılıb
Türkiyədə "İslam dövləti" terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki rusiyalı qadın saxlanılıb. Bu haqda RİA Novosti xəbər verib.

Rusiya vətəndaşlarının Suriya ilə həmsərhədd olan Şanlıurfada saxlanıldıqları qeyd edilir. O da bildirilir ki, qadınların ad və familiyalarının baş hərfləri B.İ. Və F.B-dır. Onlar qeyri-leqal şəkildə Suriyadan Türkiyəyə keçməyə cəhd ediblər.

Bundan başqa qadınların yanında doqquz uşaq da olub. Rusiyalılar özləri bəyan ediblər ki, ərləri Suriyada ölüb və onlar öz vətənlərinə -Rusiyaya qayıtmaq istəyirlər.

Sorğudan sonra qadınları polis şöbəsinə aparıblar.

Bir müddət əvvəl FSB-nın Zabaykalyedə "İslam Dövləti " tərəfdarını saxladığı haqda məlumat verilmişdi.

Yenises.ru
İnternetdə Gürcüstanda  rus ailəsinə hücum olunduğunu əks etdirən video yayınlanıb
İnternetdə Gürcüstana gəzməyə gələn rus ailəsinin avtomobilinə hücum edildiyini əks etdirən videoyazı yayınlanıb. Bu haqda gazeta.ru portalı yazıb.

Videodan göründüyü kimi hücuma səbəb maşının salonundan asılan Georgiev lenti olub. Gənclər avtomobilin yolunu kəsərək lentin çıxarılmasını və onlara verilməsini tələb ediblər. Sürücü bundan imtina etdiyi üçün olay böyüyüb.
Şoyqu: Dənizçilər yanan gəmini xilası üçün sonuna kimi mübarizə aparıblar
Müfadiə nazirliyin başçısı Sergey Şoyqu Severomorskyə gəlib. Dərin sualtı elmi -təqiqat gəmisində baş verən yanğının səbəbləri ilə bağlı komissiya üzvləri ilə yığncaq keşirən Sergey Şoyqu yanan sualtı gəmidə həlak olan 14 dənizçinin qəhrəmanlıqlarından danışıb. Onun sözlərinə görə bu dənzçilər öz həyatları bahasına gəmini və yoldaşlarını xilas ediblər.
Türkiyədə Məmməd Əmin Rəsulzadəni daha çox  Menderesə bənzətdilər-VİDEO
Bu bayraq haranın, bu şəkil kimindir?

Anlara küçələrində aparılan sorğuda bir çoxları bayrağımızı tanısa da, Azərbaycan Demokratik Cümhiriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni tanımayıb.


Ankaranın Əsri məzarlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəni Türkiyədə tanıyırlarmı?

Youtube üzərindən yayımlanan Harun Yazıcı ilə ortaq layihəmiz olan və bu günə qədər 70 mindən artıq izləyici toplayan “Dunyaya sorduk” proqramı çərçivsində bu dəfə Ankara sakinlərinə Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəninin kim olduğu sorulub.

Ankaranın Əsri məzarlığında uyuyan böüyk lider haqqında oranın işçisi Halil Gümüşçivi Azərbaycan Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadəyə xidmət etməkdən qürur duyduğunu söyləyib.

Harun Yazıcı Ankara küçələrində apardığı sorğuda üzərində Məmməd Əmin Rəsulzadənin şəkli olan bayrağı göstərərək bu bayrağın hansı dövlətə aid və şəkildəki şəxsin kim olduğunu soruşub. Bir çoxları “bayraq türk çümhuriyyətlərundən birinindir”- deyib. Məmməd Əmin Rəsulzadəni isə Türkiyənin baş naziri olmuş Adnan Menderesə bənzədiblər.

Soğuda iştirak edənlər arasında Məmməd Əmin və Azərbaycan sevdalısı olanlar da var.

Maraqlı məqamlardan biri isə əcnəbi-qaradərili tələbələrin həm bayrağımızı, həm də liderimiz haqqında tam məlumatlı olmaları diqqət çəkib. Onlara bu məlumatı universitetdə birgə təhsil alıdqları azərbaycanlı tələbə yoldaşlarından öyrəndiklərini bildiriblər.

Tünzalə Vəliqızı
Yenises.ru
27.06.2019


Hüzn - AĞLA, GÖZÜM, AĞLA
Şirməmməd Müəllim...Adı ilə, varlığı ilə, məntiqi və yaddaşı ilə, ədəbi-ərkanı ilə, natiqliyi və kübar sadəliyi ilə, cümhuriyyət və istiqlal sevgisi ilə, Məmməd Əmin vurğunluğu və Azərbaycan sevdası ilə, yorulmadan, usanmadan öyrənmək, öyrətmək qabiliyyəti ilə, dünyanın siyasi portretini qırx beş dəqiqədə rəngarəng şəkildə canlandırmaq məharəti ilə, dostluğa sədaqəti, ailəyə məhəbbəti ilə, cümhuriyyət tariximizin hər səhifəsini ən dəyərli inci kimi əzizləyib günümüzə gətirməsi ilə, bizi biz olmağımızla qürurlandırması ilə, daha min bir fəziləti və məziyyəti ilə hafizələrdə, gözlərdə, qəlblərdə taxt qurmuş insan əbədiyyətə qovuşdu.
BİR GÜN SƏNİN YANINA ÜRƏK AĞRIMLA GƏLSƏM. . .
(ŞAİRƏ AFAQ ŞIXLININ 50 İLLİK YUBİLEYİNƏ)

Ramthanın belə bir sözü var: “İnsanlar yaşayıb öldüyü halda, günəşin daima var olmasının tək səbəbi – günəşin əsla ölümü düşünməməsidir”.
MƏHMƏT BAŞAQ: "SEVDİNMİ, ADAM KİMİ SEVƏCƏKSƏN!"
Türkiyəli iş adamı, eyni zamanda “MD Produksion” şirkətinin sahibi incəsənət cameəsində Məhmət Dayı kimi tanınan Məhmət Başaq məlum 15 Temmuz olayları zamanı Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana “Uzun adam” şeirini yazan və onun özündən təqdir alan biridir. İş adamıyla bir də seirin, musqisinin hesabını etdik. “Pul olan yerdə ruh olmaz”a köklənmiş mövqeyimi sarsıdan cavablarıyla baxin, məni necə razı saldı.
Moskvanın mərkəzində tarixi bina yandıMoskvanın Periçistenko küçəsində bərpa edilməkdə olan tarixi bina bu gün yanıb. Bu hqada RİA Novosti-yə təcili təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Donetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandıDonetsk sakinlərinin vətəndaşlıq almaq üçün Rusiyaya ilk gəlişi başlandı
Qondarma Donetsk Xalq Respublikasının 34 sakini ilk dəfə olaraq vətəndaşlıq almaq üçün Rusiya sərhəddini keçikdikləri barədə DNR-in miqrasiya xidmətinin rəhbəri Vladimir Krasnoşenko məlumat verib.

Özünümüdafiə gününüz mübarək və ya ...
Urəkləri məzar yeri olan Uşaqlar

Günün nəşəsini pozmağa dəyərmi? Hər günü hər gündə yaşamaq varkən. Dünənin kədəri, bü günün sevinci... Dərdini basdır, pərdələ... Hissini ələ al, cilovla...
SABİRANƏ
Ay həzərat, gəlin sizə söyləyim:
Məmləkətin pərsəngini pozublar.
Millət gözlərini bunlara dikib,
Bunlar andlarını tərsə yozublar.

Sözdə erməniyə nifrət edirlər,
Ona qız verəni töhmət edirlər,
Düz otuz mininə biət edirlər,
Hayların adını mömin yazıblar.

Bir vəkilimiz var adı Arazdı,
Ta oralardan bir namə yazdı,
Elçi bu naməyə qızdı nə qızdı
Sanki dərisinə bir dağ basıblar.

Əsəbdən elçinin nitqi dolaşdı,
Hərcayi kəlmələr ağzından qaçdı.
İki məsul adam sözlə tutaşdı.
Görənlər də dedi: bunlar azıblar.

Bilinmir kim öndə, kimisi dalda,
Fuad yalan oldu bu qalmaqalda,
Deport olunurkən o yarı yolda
Ayağın altını yaman qazıblar.

Yeni üslubdadı “Arşın mal alan”
Biri “Oxu” deyir, biri: “Sus, olan!”
Hərənin ağzında bir çuval yalan.
Düz deyəni bunlar çoxdan asıblar.

SİDQİ
ACI TALEH (HEKAYƏ)
Hava qaralmışdı. Səmadan sanki qəm yağırdı. Hər yer iztirab, hər tərəf qorxunc bir intizar çəkirdi.
Səmayə -7 yaşlı qızı Əsmət, 5 yaşlı oğlu Əli ilə yenə də piyan ərinin yolunu gözləyirdi. Elə cəmi neçə gün öncə yenə evə içkili gəldiyindən yazıq Səmayəni qonum-qonşu güclə almışdı əri - Kərimin əlindən. Öldürəcəm səni deyirdi. – Məni kişi saymırsan sən, dədəni məndən üstün tutursan, onlara əyilmisən, deyib mətbəxdən götürdüyü çəngəl, bıçaqla həyətin ortasında az qala Səmayənin başını kəsirdi ki, qonşu Habil möhkəm bir yumruq ilişdirmiş, Kərim özündən getmişdi. Əsmət həmən gün atasının huşsuz başı üstündə nə qədər ağlamışdısa gözü hələ də şiş idi. O gündən Habilə salam da vermirdi qızcığaz...
Azərbaycanın son əsir balası
Facebook-da dostluğumda olan Turan Bozqurd xatırlatdı. Zəngilanın işğal olunmasının ildönümü günü olduğunu. Moskvadakı qəzetimizdə çap olunan yazı arxivimə göz gəzdirib bu günlə bağlı yazıma baxdım və doğrusu...
2005-ci ildə Zəngilanın işğalının 12-ci ildönümünə həsr olunmuş yazını “baxıb xatırlayanlardan deyil, xatırlayıb baxanlardan və yazanlardanam”-deyə başlamışdım.
“Xəzər-Lənkəran”da nələr baş verir?
Ölkə mətbuatını yenə də “Xəzər-Lənkəran” inqilabı buruyub. Bu böhran o qədər güclüdür ki, hətta siyasətdən dəm vuran jurnalistlər və portallar da son zamanlar Azərbaycanda baş verənləri unudub “Xəzər-Lənkəran”dan yazırlar. Klubda son zamanlar baş verənlərə nəzər salsaq klubun turşulu aş qazanına bənzədiyinin şahifi olarıq. Klub oyun alqı-satqısında ittiham olunur, Kamran Ağayev yenə də acıq edərək klubun düşərgəsini özbaşına tərk edir, Tuyğun Nadirov jurnalist Elçin Cəlilovu məhkəmə ilə hədələyir, azarkeşlər baş məşqçini istefaya səsləyir, stadiona giriş üçün biletin qiyməti ikiqat qaldırılır, məşqçi oyunçuya məşq keçməkdən imtina edir, ölkə idman mətbuatında komandaya yeni türk baş məşqçinin gətiriləcəyini barədə məlumatlar yazırlar.
Belə düşünürəm, belə yaşaya bilmirəm
Düzdü biz çörəyi qulağımıza yemirik, amma qulağımızı çörək əvəzinə bizə yedizdirirlər.

Ən böyük arzum bilirsiz nədi? Vətən mənim olsun, mənim də vətənim olsun. Deyəcəksiz ki, var. Hanı? Niyə mən onu görmürəm? Niyə mən onu tanımıram? Tanıya bilmirəm!

***

SƏNIN OLMADIĞIN HƏR YER - QƏRIBLIK!  Sevimli şairimiz Məmməd İsmayılın   doğum gününə
Bu qədər geniş, anlaşılmaz, dəli-dolu dünyada zərurət yaranarsa, Yaradanın məsləhəti olarsa, iki əlçatmaz, ünyetməz qütbdə yaşayan insanlar belə rastlaşar, tanış olar. Lakin qismət deyilsə, hətta eyni küçədə qonşu olan iki nəfər ömür boyunca bir-birini tanımaya, görməyə bilər.
Danlama, Anla!   (Hekayə)
Yol çox uzun idi, qısaltmaq üçün körpüyə ehtiyac vardı. Nicat sinəsinin sol tərəfindəki – ürəyindəki qovluğu açdı. Yarımçıq qalmış şeri var idi:
Qələm nöktə qoya bilmir
Gedənlərin arxasından...
Biraz bu parçaya yeni misralar qatmaq üçün qurcalandı, alınmadı. Bütün ilham pəriləri “onun”la getmişdi...
Bu qovluğu bağladı. Beynindəki qovluğu vərəqləməyə başladı. – problemlər qovluğu. Deməli belə, Kamrana zəng
Bu nömrəyə zəng çatir...
(Fərhad Ağamalıyevin xatirəsinə)

Operatorun “Bu nömrəyə zəng çatır” səsli xidməti yoxdur. Telefonumun yaddaşında onun adına qeydli olan nömrəsini yığdım. “Bu nömrəyə zəng çatmır”-demədi operator...

Bir tanıdığım "Moy mir"-dəki statusunda belə yazmışdı. “Haçansa biz həmişəlik şəbəkədə olmayacağıq”. Amma olmayanın belə kiminsə səhifəsində, kiminsə kollektiv şəklinin içində, kiminsə xatirəsində adı,izi, yeri qalacaq. Onun mənim telefonumun yaddaşında iki şəkli və bir telefon nömrəsi qalıb. Bu gün zəng çatan, hələ bağlanmayan nömrəsi.
ÜRƏKDƏN GƏLƏN SÖZLƏR...
Sevimli Türkiyəmizin Çanaqqala şəhərində yaşayan bir dost, bir şair, dadlı-duzlu qələm sahiblərindən olan Mustafa Berçin haqda yazmaya bilməzdim. Bu insanın sözləri onun qəlbinin duruluğunu, saflığını və Azərbaycanımıza olan məhəbbətini əks etdirir çünki.
Nəyin qurbanıyıq?
Həyatımı mətbuata daşımayanlardanam deyəcəm. Amma mövzuya özümüzün hisslərimizdən yüzdə doxsan doqquz faiz qatırıq. Mən də istisna olmadığımı sanıram. Hətta altruistin belə “mən etdim” eqoizmini əməlinin, ya da yazısının altında qoyduğu imza təsdiqləyir. Ceyhun Musaoğlunun təbirincə desəm, “Balıq bilməz xaliq bilər” qaydaları çoxdan pozulub. Baxmayaraq ki, o, “el üçün agladım, gözümdən olmadım, demək, qaydanı pozmuşam”-demişdi mənimlə müsahibəsində. İndi “baliq bilsin, xalıq bilməsə də olar”- tendensiyasından yanaşma var. Yəni burada da qayda pozulub. Nəysə...
Boyları çatmasa  belə yuxarıdan aşağı baxanlar gördüm!
Bu yazımı xəstə cəmiyyətdə özünü sağlam hesab edən insanlara həsr etməyi qərara aldım. Əvvəlcə cəmiyyətin xəstəliyinin səbəbləri axtarmağa başladım və tapsam, sonra bu səbəbləri obrazlı dillə ifadə etmək qərarına gəldim. Bir az da dərin düşündükcə, əslində cəmiyyəti təşkil edən fərdlərin “xəstəlik” sindromu daşıdıqlarına əmin oldum ki, bu da küll halında cəmiyyətin sağlam olmadığı qənaətimi təsdiqlədi.

Olmadığım görüşdən eşitdiyim təəssüratlar
Moskvanın üzü nə qədər soyuq olsa da, Bakıdan gələn ziyalı qonaqlarına ev sahibliyi edəcək doğma insanları olan yerdir. Buranı qürbət saymamağın ən başlıca arqumenti - Sovetlər birliyindki birlikdəliyimizdən başqa, hətta başını qaldırıb azərbaycanlı adını daşıyan küçədən keçdiyin, Puşkini sənə doğma dilimizdə oxudan S. Vurğunun “xəyaliylə deyib-güldüyüm”uz yer olması fikrinin təsdiqində, hər bir azərbaycanlının iki dilin sintezindən bir dil yaradıb danışmasında (dilin təmizliyinə uyğun omasa da), bu günkü ədəbiyyatımızda Moskva ədəbiyyat institutunun tələbələrinin sərkərdəliyində və sadalanacaq bir çox nüansları ilə bizdən bir parça olduğunu hiss etdirməsindədir.
Adamın İran zindanına düşməyi gəlir
İran Şəhriyar Hacızadə ilə Fərid Hüseyni girovluqdan azad etdi. Əfv olundular. Vətəndə verdikləri ilk açıqlamadır: “İran dövləti bizi əfv etdi”. Belə çıxır ki, günahkar imişlər, sadəcə İran Azərbaycanla can bir qardaş olduğundan onları əfv edib.
Stilimimi dəyişsəm...
Onsuzda necə olsa mövzu eyni, niyyət eynidir. Cox “tıqlanmaq” bəlasına düçar olub gah gündəmin zənginlərini “öldürür” (Facebook-un Markı kimi), gah Əsədi axtarır, gah İranı birləşdirir, gah Türkə küsənir, gah Rusiyanı suçlayır, gah Qərbin meylindən (elə lap mail-meylindən olsun) coşur, gah Sorosun qrandından pay umur, gah öz milli “Qrand”ımızın (bulağımızın) çağlayan ulduzlarına söz atır, gah Xəzəri bölüb özümüzünkülərlə bir gəmiyə minmədən batırıq... və ilaxır sonunda yatırıq.
Bu gün onun...
Bəzi insanlar var ki, bir də ölən gün yenidən doğulurlar. Bir ailədə doğulub kiçik bir ortam üçün gəlişi bayram olan insanların hamı üçün doğulub kəşf olunduğu günlər olur. O qəbildən olan insanlardan olmaq üçün bir də əməlinlə doğulmalısan. Təkrar-təkrar və yenidən.
Pişiyin yediyi oğlan – Hekayə
Azərbaycanın istedadlı jurnalisti Ceyhun Musaoğlu yeni yazdığı “Pişiyin yediyi oğlan” hekayəsini “Qafqazinfo”ya təqdim edib. Hekayənin özünəməxsus üslubu diqqətimizi çəkdiyindən biz də paylaşmağı qərara aldıq.

Qapalı idi. Yeriyəndə başını yuxarı qaldırmazdı. Hündürboylu adamın başı sinəsinə doğru 10 dərəcə əyilib. Bəbək çərçivəsinin üst tərəfi ağlayan smaylikin göz yerinə çəkilmiş qövsə oxşayır. Alnındakı qırışlar sayılır. “Nə maraqlı xətlərdi, lap üzgüçülük hovuzundakı kanata oxşayır”- özünü aşırma çantaya qucaqlatdıran dayanacaqdakı qızın piçıltsıdı. Ancaq mən eşitdim. Müəllifəm axı.
              Azərbaycan futboluna televiziyalardan  “Qırmızı vərəqə”

Başı bəlalı Azərbaycan futbolu! Gör nə günə qalmısan ki, bir sponsur da tapa bilmirsən! Futboldan uzaq olan başbilənlərin gör səni nə günə salıblar ki, indi səni Azərbaycan xalqına göstərən bir televeziya da tapılmır! Gör nə gündəsən ki, sənə rəhbərlik etməyə bir futbol mütəxəssisi yoxdur!

QADIN ELƏ SEVILMƏLIDIR KI...
Bir kitabı yaxşı oxumasan geriyə vərəqlərkən əvvəlki qədər anlaya, mənasını tuta bilməzsən... həzz ala bilməzsən.
İnsan da bir kitabdır.
Onunla yaşadığın ömrü sevə-sevə, diqqətlə yaşamasan, mənasını itirər hər şey.
Dəyərlər də dəyərsiz olar...

SSRİ-dən gələn səslər  -5-  Jdu vas minut, minut...
“Düzgünlük carçısı”

“Q. Moskova bizim birinci katib Qorbaçov yoldaşa cən sağlığı uzun ömür arzu edirəm, ona görə ki, sülfə tərəfdardır. Yoldaş Qarbaçov mən özüm Vətən vetramı, birinci qruba 1904 qodam hası ki vaxtım yaxındı ölməyə, ancaq irazı qalmaram ki, erməni azərbaycan ayrılığı olsun, biz duşman qabağında qardaş olmuşuq, indi sizdən yoldaş Qarbaçovdan xahiş edirəm ki, bizim erməni azərbaycan adımızı dəyişin”.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru