YEKATERİNBURQDAN LƏNKƏRANA TƏYYARƏ


YEKATERİNBURQDAN  LƏNKƏRANA TƏYYARƏ
“Ural Hava Yolları” Yekaterinburqdan Lənkərana yeni uçuş reysləri açır. Uçuşlar iyulun 3-dən başlayaraq həftənin ikinci günləri rahat tipli “Airbus” təyyarələri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, “Ural Hava Yolları” şirkəti Azərbaycanın üç şəhərinə- Moskva və Yekaterinburqdan Bakıya, Moskva və Sankt-Peterburqdan Gəncəyə, Moskva, Sankt-Peterburq və Yekaterinburqdan Lənkərana müntəzəm sərnişin daşımalarını həyata keçirir.

Bu barədə şirkətin rəsmi saytı məlumat yayıb. Bundan əlavə saytda Lənkəranın gözəllikləri haqda da məlumat verilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir