Rusiya vətəndaşlıq almaq prosedurunu asanlaşdırır


Rusiya vətəndaşlıq  almaq prosedurunu asanlaşdırır
Çoxpaspotrlu sistemə keçilməsi astanadadır.

Rusiya vətəndaşlığı almaq üçün artıq xarici ölkə vətəndaşlığından imtina etmək gərəkməyəcək. Rusiya vətəndaşlığına qəbul olunmaq proseduru çox sadələşdiriləcək.

Yeni səs.ru-nun “Kommersant”” a istinadən verdiyi məlumata görə əcnəbilərin Rusiya vətəndaşlığına qəbul edilməsi proseduru çox sadələşdiriləcəkdir. Mövcud digər vətəndaşlıqdan imtina etmədən Rusiya vətəndaşlığını əldə etmək mümkün olacaq. “”Rusiya Federasiyasının vətəndaşlığı haqqında”” qanuna müvafiq dəyişikliklər hökumət tərəfindən hazırlanır. Ağ Evdən Kommersant-a bildirib ki, işlər son mərhələdədir. Qanun layihəsi bu ay Dövlət Dumasına təqdim oluna bilər.

Digər ölkə vətəndaşlarının Rusiya Federasiyasının vətəndaşlığını almasını asanlaşdıracaq qanun layihələrinin hazırlandığını barədə “”Kommersant””a Dövlət Miqrasiya Siyasəti Konsepsiyasının həyata keçirilməsi üzrə işçi qrupundakı həmsöhbətləri məlumat verib. Parlamentin müxtəlif komitələrinin nümayəndələrinin daxil olduğu işçi qrupu prezident Vladimir Putinin sərəncamı ilə 2019-cu ilin mart ayında yaradılmşdı. Onun qarşısına qoyulan tələb isə Rusiyaya mümkün olduqca yeni -5 milyondan 10 milyona qədər vətəndaş cəlb etməkdir. Onu isə miqrasiya rejimini dəyişdirərək və vətəndaşlıq institutunu iyeniləmklə həll etmək mümkündür.

Ag Evin mətbuat xidmətindən bu informasiyanı təsdiqləyiblər. Söhbət “Rusiya Vətəndaşlığı haqqında”” qanunun 13 maddəsindəki “q” bəndinin qüvvəsini itirməsindən gedir. Bu maddəyə görə RF vətəndaşlığı almağın əsas şərtlərindən biri xarici ölkə vətəndaşının mövcud vətəndaşlığından imtina etməsidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir