YENİ İLİNİZ MÜBARƏK!


YENİ İLİNİZ MÜBARƏK!
Əziz həmvətənlərimiz!
Hörmətli oxucularımız!
Bir ilin də sonuna gəldik.
Bəzən sevincli-nəşəli, bəzən qəmli-qüssəli, bəzən toylu-büsatlı, bəzən hüznlü-yaslı bir ilin.
Bəzi evlərə körpə sədası ilə, bəzi evlərə vida nidası ilə girən bir ilin.
Körpələrin gəlişinə nə qədər sevinsək də, əməli, işi, ziyası, nəsihəti ilə nurlanmağa, olğunlaşmağa öyrəşdiyimiz ağsaqqal-ağbirçəklərin, həyata vaxtsız göz yumanların acısına çox üzüldük.
Həyat davam edir.
Hər yeni ilin gəlişi ümid qaynağıdır.
Bitən ildə tamamlaya bilmədiyimiz işləri, yetişmədiyimiz ünvanları, həyata keçirmədiyimiz arzuları təzə ildə bitirməyə, ziyarət etməyə, yaxalamağa çalışarıq, inşallah!
Təzə iliniz mübarək! Qoy bütün arzularınız həyata keçsin, sağlıq, sevinc həmdəminiz olsun.
Qarabağ məşəqqəti bitsin, torpaqlarımız düşmən tapdağından qurtulsun artıq.
Tarixi vətənimizdə, yaşadığımız ölkələrdə əmin-amanlıq, firavanlıq bərqərar olsun. Evləriniz ruzili, torpaqlarınız bərəkətli olsun!
YENİ SƏS


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir