“Yeni moskvalılar” miqrantların inkişafı və axınından qorxurlar


“Yeni moskvalılar” miqrantların inkişafı və axınından qorxurlar
Məmurlar vəd edirlər ki, Moskvaətrafı torpaqlar rəsmın paytaxta birləşəndəm sonra “yeni moskvalılar”ın maddi vəziyyəti yaxşılaşacaq. Söhbət təqaüd və dövlət strukturlarında işləyənlərin maaşından gedir. Belə ki, məmurlar təqaüd və maaşları paytaxt səviyyəsinə qaldıracaqlarını deyirlər. Onlar üçün Yaşayış Kommunal Təsərrufatı (YKT) tarifləri isə hələlik –il yarım müddətinə dəyişməz qalacaq. O vaxt ərzində “yeni moskvalılar” miqrantların yerində möhkəmlənməsindən və ərzaq məhsullarının qiymətinin artmasından qorxurlar. Bu haqda “Moskovskie novosti” yazır.

Ən xoş xəbərlərdən biri Moskvaya qatılacaq ərazinin işləməyən sakinlərinin təqaüdünün paytaxt sakinləri ilə eyni məbləğə qaldırılmas olacaq. Hazırda 5 min 680 rubl məbləğındə olan təqaüdlər iyulun 1-dən 12 min rubldan hesablanacaq. Daha bir “paytaxt” təzminatı –Yaşayış Kommunal Təsərrüfatının 13 faizli yardımının tətbiq edilməsidir. Paytaxt sakinlərindən fərqli Moskvaətrafında yaşayanlar 100 faiz kommunal xidməti xərcləri ödəyirlər. Yeniliklərin biri də iyulun 1-dən Əmək haqqı fondunun dövlət strukturlarında çalışanların maaşını 30 fazi artırmasıdır ki, bu da “yeni moskvalılar”a şamil ediləcək.

Nəqliyyat və YKT tarifləri isə hələlik dəyişilməz olaraq qalacaq. Moskvaətrafı rayonların paytaxtla birləşdiyi halda eyni tarif sonasına girməi üşün tarif sisteminin tamamən yenilənməsi gərəkdir ki, bu da müəyyın vaxt lazımdır. Hökümət bu ya digər açıq qalan məsələlər üzərində işləyir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir