Yenidən sevilmək istə!


 Yenidən sevilmək istə!
Afaq Shixli

Yenidən gəl ömrümə!
Gözümdə ucalmaq istə.
Yenidən Tanrım ol,
Sevgilim ol, hər şeyim ol….
Dünyanı birgə gəzək,
Otlar döşəyimiz olsun.
buludlardan yorğan örtək,
Bulaqlar bumbuz göz yaşlarıyla ağlarkən
biz gülək öz günəş hərarətli xoşbəxtliyimizə.
Gecələr qaralarkən ürəyimiz işıqlansın sevgimizlə.
Yenidən tap məni!
Təzədən tanıyım səni!
Keşmişindəki ləkələri bilmədən,
Ardımızca gəzən kabusları görmədən.
Buraxma əllərimi,
Qoru məni!
İtirək bütün qara kölgələri.
Yenə ikimiz üçün çıxsın günəş,
Yenə bizim olsun sevgi şeirləri.
Ruhumu sarsılmağa, enməyə qoyma,
Qaldır əllərin üstə.
Yenidən sev məni.
Yenidən sevilmək istə!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir