Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən azərbaycanlı saxlanıldı (Yenilənib)


Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən azərbaycanlı saxlanıldı (Yenilənib)
Moskvanın Biryulovo rayonunda Yeqor Şerbakovu öldürməkdə şübhəli bilinən Orxan Zeynalov saxlanılıb.

Azərbaycan Daxili işlər nazirliyinin Rusiya nümayəndəsi, polis polkovniki Eldar Səmədovun Yenises.ru saytına verdiyi məlumata görə o, uzun axtarışdan sonra Moskva vilayətində saxlanaraq, vertalyotda OMON-un müşaiəti ilə Moskvaya gətirilib.

Eldar Səmədov rəsmi şəkildə qey edib ki, Orxan Zahid oğlu Zeynalov Azərbaycanda cinayət törətməyib və axtarışda deyil. O bu xəbəri Azərbaycan Daxili işlər nazirliyinə istinadən verib.

Azərbaycan DİN-inin Rusiya nümayəndəsi onu da bildirib ki, Orxan Zeynalov 2010-cu ildə Moskavaya gəlib və 3 il ərzində sərhəd keçməyib.

Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir