Yerevanda nümayişçilər hökümətə iyulun 6-na kimi vaxt qoydu


Yerevanda nümayişçilər hökümətə iyulun 6-na  kimi vaxt qoydu
Ermənistan patyaxtında iyunun 19-dan start götürmüş eturaz nümayişi yeni həddə çatıb. Artıq etirazçılar hökümətlə tələb və təhdid dili ilə danışırlar. Elektrik enerjisinin tarifinin bahalanmasına qarşı Yerevanda etiaz nümayişinə qalxan ermənilər hökümətə ultimatum veriblər. Onların tələblərindən biri belə iyulun 6-na kimi yerinə yetirilməzsə, hər gün barrikadanı bir addım irəlilədəcəkləri ilə təhdid edirlər.

Armenia Now agnetlyinin məlumatına görə etirazçıların bu tələbini Marşal Baqramyan prospektindəki aksiyanın koordinatorlarında biri David Sanasaryan çatdırıb. O, bəyan edib ki, hökümət iyulin 6-da axşam saat 21:00-a kimi etirazçıların tələbini (Moskva vaxtı ilə 20:00) yerinə yetirməyə başlamalıdırlar. Əgər bu baş verməzsə, etiazçılar “Bir addı irəli”” adıyla yeni aksiyaya başlayacaqlar.

hazırda mitinqdə yüzlərlə insan iştirak edir. Sanasaryan qeyd edib ki, hökümət tələbləri yerinə yetrmədiyi surətdə prezidentin rezidensiyasının, palament və konstitusiya məhkəməsinin yerləşdiyi Marşal Baqramyan prospektini açmayacaqlar. Bu gün Ermənistan polisinin rəis müavini Valeri Osipyanla görüşdə aksiya iştirakçıları lazim gələrsə bir il prospektdə dayanacaqlarını söyləyiblər.

Nümayişçilər hökümətdən elektrik enerjisi tarifinin artırılması qərarını ləgv edib azaltmasını və 23 iyunda mitinqçilərə qarşı güc işlətmiş polislərin cavabdehliyə cəlb olunmasını tələb edirlər.

Tarifin artırılması qərarı iyunun 17-də qəbul olunub və avqustun 1-dən elektrik enerjisinin bir kilovat saat qiyməti 6,93 dram yüksəlməsi nəzərdə tutulub. Rusiyanın “”İnter RAO”” şirkətinin törərmə müəssisəsi olan “”Ermənistan Enerjiset”” ASC tarifin artırılma səbəblərindən biri kimi Ermənistan AES 2013-ü ildə milli valyutanın 88 gün davam edən 20 faiz devalvasiyaya uğraması zamanı lazımi qədər elektroenerji yığılmaması ucbatından olduğunu göstərir.

İyunun 19-da Yerevanın mərkəzində tarifiin artırılmasına etiraz olaraq birinci aksiya keçirilib. İki gün keçəndən sonra nümayişçilər prezident administirasiyasına yürüş ediblər. İyunun 23-də hökümət aksiyaçılara qarşı güc tətbiq edərək su ilə onları qovmağa çalışıb.

İyunun 28-də gecə polislər nümayişçilərdən Baqramyan prospektini boşaldıb Azadlıq meydanına yerləşməyi tələb ediblər. Polis rəsinin müavini Valeri Osipyan etirazçıları fiziki güc tətbiq edəcəkləri ilə hədələyib. Lakin ertəsi gecə sakitliklə keçib və nümayişçilər dağılmayıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir