Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb


Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxanaya yerləşdirilib. Bu haqda “İnterfaks”” Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd olunur ki, xəsarət alanlardan 6-sı polisdir.

“”Xəsarət alanların bir hissəsi ambulator müayinədən sonra evə buraxılıb. Mülki vətəndaşlar isə çoxu bədəninin aşağı nahiyəsindən zədə alıblar. Polislər küt və kəsici alətlərlə yaralanıblar. Polsilərdən biri əməliyyat olunub. Onun venası kəsilib. Xəsarət alanların həyati təhlükəsi yoxdur””-deyə Səhiyyə nazirliyindən bəyan ediblər.

Aprelin 16-da Ermənistanın mərkəzində Baqramyan prospektində Serj Sarqsyanın baş nazir postuna namizədliyinə etiraz edənlərlə polislər arasında qarşıdurma yaranıb.

Ermənistan Baş prokurorluğunda hadisə ilə bağlı cinayət işi qaldırılıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir