Yerevanda silahlılar tərəfindən zəbt edilmiş polis binası yaxınlığında qarşıdurma


Yerevanda silahlılar tərəfindən zəbt edilmiş polis binası yaxınlığında qarşıdurma
Yerevanda silahlı qruplaşma tərəfindən ələ keçirilmiş patrul post polkunun binası yaxınlığında nümayişçilər ilə polislər arasında qarşıdurma baş verib. Bu ahqd İnterfaks məlumat yayıb.

Polis onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qaz və tüstü bombasından istifadə etmək məcburiyyətində qalıb. Atışma səsləri eşidilib.

Hazirda hüquq mühafizə orqanalrı vəziyyəti nəzarətə götürüblər. Onlarala adam saxlanılıb.

Ərazi əlehqaz və xüsusi geyimli polislərlə əhatə olunub.

Çərşənbə günü səhər Yerevanda zəby olunmuş polis binasının yanında toplaşan aktivistlər toplantı iştirakçılarının təhlükəsizliyindən ötəri gediş yolunu bağlayıblar. Yol polisi nümayişçilərin tələbiylə avtomobil yolunda hərəkəti dayandırıb.

Xatirladaq ki, 17 iyul səhərə yaxın bir qrup silahlı şəxs polis idarəsini ələ keçirib. Bununla yanaşı onlar polis polkovnikini öldürüb və 4 nəfəri yaralayıblar. Radikallar “Təsisçi parlament”” erməni müxailfət partiyasının kordinatoru Jirayr Sefilyanın azad olunmasını, hökümətin istefasını və güvən köküməti yaradılmasını tələb ediblər.

Onlar Ermənistan polisin müavini general-mayor Vardan Yeqiazaryan və polos rəisinin müavini polkovnik Valeri Osipyanı girov saxlayırlar.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir