Yerevandaki mitinqdə 20 min erməni hökümətin istefasını tələb edir


Yerevandaki  mitinqdə 20 min erməni hökümətin istefasını tələb edir
“Ermənistandan 770 min adam miqrasiya edib. Kiçik Ermənistan üçün bu böyük rəqəmdir””.

Kiçik Ermənistan və böyük rəqəmlər. Kiçik olduqlarını etiraf edirlər…

Ermənistanın üç müxalifət partiyası Serj Sarqsyanın istefasını tələb edirlər və sonun kimi gedəcəklərini vəv edilrər.

Ermənistan Milli Olimpiya komitəsinin prezidenti “”Millət bu hakimiyyəti devirməyə sonuna kimi hazırsınızmı?””-soruşub.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan isə bu “”bu plutokratlardan azad olamğın vaxtı catdığını söyləyib.
Yenises.ru Qazeta.ru-ya istinadən məlumat verir ki, Ermənistanın üç müxalifət partiyası Yerevanda çoxminlik mitinq keçirir.

Qeyri-rəsmi məlumata görə mitinqə 20 min adam çıxıb. Polisin məlumatında isə 14 min adamın mitinqdə iştirak etdiyi deyilir.

“”Çiçəklənən Ermənistan”” (ÇE) , “”İrs”” və “”Ermənistan milli konqresi”” (EMK) partiyalarınının antihökümət mitinqinə sentyabrın ortalarından start verilib və ölkənin bir sıra vilayətlərində keçirilib. Üç müxalifət partiyası hələ yay ayından hökümətin istefasını tələb edən 12 bənddən ibarət təklif irəli sürmüşdü və ona əməl olunmayıb. Hökümətə 30 sentyabra kimi maliyyələşdirilmiş təqaüd sisteminin məcburi komponentindən imtina edilməsi, vətəndaşlardan çıxılmış hissənin geri qaytarılması, yol hərəkəti qaydalarına görə cərimələrə yenidən baxılması, mal mübadiləsinə görə vegilərin üç dəfə azaldılması, həmçinin əhalinin sosial səviyyəsini qaldırmağa yönələn bir sıtra başqa tələblərin yerinə yetirilməsi təklifi veilmişdi.

“”İrs”” partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan tələblərin yerinə yetirilmədiyinə görə hazırkı hakimiyyətin istefasına nail olana qədər mübarizə aparacaqlarını deyib.

“”Ermənistan milli konqresi”” partiyasından olan deputat Aram Manukyanın sözlərinə gərə isə əhalinin hakimiyyətin fəaliyyətisiziyindən narazılığı son həddə çatıb.

“”Cari 2014-cü ildə rəsmi məlumatlara əsasən Ermənistandan miqrasiya edənlərin sayi 770 min nəfər olub. Bu kiçik Ermənistan üçün böyük rəqəmdir. 15 il ərzində isə şagirdlərin sayı iki dəfə azalıb””-deyib Manukyan.

EMK başçısı Levon Zurabyan öz növbəsində birbaşa hazırkı prezident Serj Sarqsyanı günahlandırıb.

Mitinqə Ermənistanın ən varlı adamlarından biri “”Çiçəklənən Ermənistan”” partiyasının başçısı, eyni zamanda Milli Olimpiya komitəsinin prezidenti Qaqik Sarukyan gəlib. Onun başçılıq etdiyi ÇE partyası Serj Sarqsynın Respublika partiyasından sonra ölkədə ən güclü partiyadır. Sarukyan toplaşanlara sadəcə bir sualla müraciət edib: “”Millət, qələbəli sonluğa kimi mübarizəyə hazırsınzmı?””. Müsbət cavab alan Sarukyan “”üçlüyün”” digər mitinqlərində də iştirak edəcəyini vəd edib.

Prezidentin istefasını tələb edən mitinqdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da qarşılayıblar. O, plutokratlardan ibarət hazırkı rejimdən azad olmağın vaxtı çatdığını bəyan edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir