Yerxov Rusiyanın Türkiyədəki səfiri təyin olundu


Yerxov Rusiyanın Türkiyədəki  səfiri təyin olundu

Rusiya prezidenti Vladimir Putin Aleksey Yerxovu Rusiyanın Türkiyədəki səfiri təyin edib. Adidyyatı sərəncam rəsmi hüquqi portalda dərc olunub.

Cənab Yerxov 1960-cı il oktyabrın 28-də anadan olub. 2009-cü ildə İstanbula baş konsul təyin olunub. Sonra Xarici işlər nazirliyi Fövqəladə hallar mərkəzi departamentinin direktoru olub.

Aleksey Yerxov 2016-cı il dekabrın 19-da Ankarada qətlə yetirilən Andrey Karlovu əvəz edəcək.

Qeyd edək ki, Türkiyə paytaxtında iş başında qətl edilən Andrey Karlov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir