“Yox”” dediyi “”Biznesmenlərə aministya layihəsi””nə Putin indi “hə”dedi”


"Yox" dediyi "Biznesmenlərə  aministya layihəsi"nə  Putin  indi  “hə”dedi
Layihə qərara bağlanarsa, bu 13 min sahibkarın azadlığa çıxması deməkir.

Vladimir Putin hələ bir ay bundan əvvəl quru hesab edərək tənqid etdiyi “Biznesmenlərə aminsitiya” layihsini dəstəkləyərək təcili şəkildə Dövlət Dumasında baxılmasını xahiş etdi. Bu bəyanatı Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirib.

“Aministiya haqqında qətnamə işgüzar ictimaiyyət və Duma deputatları tərəfindən yenidən hazırlanıb. Bununla razılaşmaq olar və Dövlət Dumasının ona baxıb müdafiə etməsini xahiş edirəm. Hesab edirəm ki, bu təklif sıxışdırlımış müddətdə yay tətilinə qədər yerinə yetiriləcək”-deyə bəyan edib prezident. Putin gözlənilən aministiyanı ədalətin bərpası və “humanizm aktı” kimi dəyərləndirib.

“Layihənin şərtlərinə göər aministiya sahibkarlıq fəaliyyəti sferasında kim cinayət edibsə, lakin ilk dəfə məhkum olubsa belələrinə şamil ediləcək. Kim maddi ziyanı ödəyib və ya ödəməyə razıdırsa həmin sahibkarın üzərindən məhkəmə ittihamı götürüləcək”-deyə bəzi detalları açıb Putin.

“Biznesmenlərə aministiya” layihəsinə görə13 minə yaxın sahibkarlıq fəaliyyətinə görə məhkum olunmuş insan tezliklə azadlığa çıxa bilər. Bütün Duma fraksiyaları danışıqlarda biznes-əfv proyektinin lehinədirlər, lakin texniki çətinlik orasındadır ki, yaz sessiyasının sonuna qədər bu məsələyə baxmaq üçün sənəd yoxdur. Bu sözləri Dumanın iqtisadi-siyasət və sahibkarlıq komitəsinin sədr müavini Viktor Zvaqelski deyib.

“Mən prezidentin aministiya ilə bağlı çıxışıyla razıyam, o nəinki bizim layihəni dəstəklədi, hətta onun yaxın zamanlarda gerçəkləşdirilməsi tərəfdarıdır. Bu mövqe dəyişikliyidir-Voronejde sahibkarlar icmaı ilə görüşündə prezident bu məsələdə tələsmək olmaz , demişdi”-deyə Zvaqelski qeyd edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir