Yunanıstan sahillərində yenə miqrantlarla dolu qayıq suda batdı


Yunanıstan sahillərində yenə miqrantlarla dolu qayıq suda batdı
Yunanıstanın Farmakonisi adası sahilində yenə miqrantlarla dolu qayıq çevrilib. Reuters agentlyinin verdiyi məlumata görə taxta gəmidə adanı tərk edən 130-a yaxın miqrant olub. Onlardan 28-i ölüb. 68 sərnişini isə xilas etmək mümkün olub. Təxminən 30 nəfərə yaxın adam isə özü sahilə çıxıb. Miqrantlaırn hansı ölkədən gəldiyi hələ dəqiqləşdirilməyib.

Zərərçəkənləri Lesbos adasına aparıblar. Xilasedicilərə yerli sakinlər yardım ediblər. Onlar üfürülüb doldurulmuş rezin və adi qayıqlarla uşaqları sudan çıxarıblar. Uşaqlar arasında ikiaylıq körpə də olub.

Agentlik onu da qeyd edib ki, hadisə Yunanıstanın baş naziri Vasiliki Tanu-Xrestofilunun ölkədə qeyri-leqal miqrantlara qarşı mübarizədə Avropa Şurasından daha kompleks şəkildə siyasət aparması xahişi ilə müraciət etdiyi vaxta düşüb. Hələlik AŞ-da bu məsələdə vahid razılıq əldə olunmayıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir