Zəlzələdən zərərçəkənlərə yardım


Böyük yardımlar arasında  “sərçənin yanğına dimdiyində su aparma” timsallıdır bəlkə bizim etdiyimiz yardımlar. Yardımın böyük kiçiyi olmaz. Əsas sevgini göstərmək, yardıma ehtiyacı olanın yanında olmaqdır.

    Fevral ayının 6-da səhər saatlaırnda Türkiyəni sözün müstəqim anlamında diksindirib oyadan zəlzələ  hər bir türkün, türkiyəsevərlərin olduğu kimi  bizlərin də qəlbinə atəş kimi düşdü. Yardıma ilk gedən  Azərbaycan oldu. Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin  göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici dəstələri, yardım təyyarələri,  hər cür ləvazimatla dolu maşın karvanları qardaş ölkəyə yol aldı.

 Rusiyada yaşayan, fəaliyyət göstərən azərbaycanlı iş adamları, qurumlar, siravi insanlar çağırış gözləmədən canımız Türkiyəyə yardım kompaniyasına qoşuldular.

İnsanlar   “yardımlaşma yarışına” girib bu günlər . Belə anlarda  mərhəmətin, sevginin yoluxucu olması gözləri doldurur. Keşkə bir-birimizə sevgi, mərhəmət hissimiz  sadəcə müsibət anlarında deyil, hər zamanda  olsaydı.

Baş verən fəlakətin ilk elə ink anından  Yenises.ru kollektivi olaraq zəlzələdən zərərçəkənlərə dəstəkdə bizim də payımız olsun deyə  “WhatsApp  yardım qrupu”  yaratmağı qərara aldıq.  Təşəbbüsümüzü rəğbətlə qarşılayan Samara vilayəti Azərbaycanlıları Liqası (LASO) idarə heyətinin və  Samara Azrıbaycanlıları diasporu  koordinasiya  şurasının sədri Şirvan Kərimov  bizimlə həmrəy olduqlarını bəyan etdi. Liqa ilə paralel olaraq yardım toplamağa başladıq.

Moskva qrupumzla   Samara  təşkilatının  (LASO) bir arada  topladığı yarım milyon rubl  miqdarında  pul vəsaiti artıq Türkiyədə zəlzələdən zərər çəkənlərə çatdırılıb. 

QEYD: Xatırladım ki, pul yardımı Türkiyənin Moskvadakı səfirliyinin yönləndirdiyi rəsmi hesaba  Samara  Azərbaycanlıları Liqasının icraçı direktoru   Müşfiq Dəmirovun, Moskvadan topladığımız vəsait isə  tanınmış jurnalist Cəfərsadıq Abbasovun adı ilə AFAD-a (Afet ve Acil Durum Yönetimi Başkanlığı) göndərilib.

Yardımlarımız  davam edir! Zərərçəkənlərə dəstək olan hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik!

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru, Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir