Zelenski – Poroşenko debatının vaxtı dəyişdi


Zelenski - Poroşenko  debatının vaxtı dəyişdi
Ukraynanın Mərkəzi Seçki Komissiyası Zelenski və Poroşenko arasında keçiriləcək debatın vaxtını dəyişdirib.

Mərkəzi Seçki Komissiyası (MSK) Ukrayna prezidentliyinə namizədlər – Vladimir Zelenski və Petr Poroşenko arasında keçiriləcək debatın başlanması vaxtını saat 20:00-dan 21:00-a keçirib.

“Ukrinform””-un verdiyi məlumata görə bu qərar MSK-nın yığıncağında qəbul edilib.

“”Ukrayna prezidentliyinə namizədlər arasında keçiriləcək teledebat aprelin 19-da saat 21:00-dan 22:00-a kimi- 60 dəqiqə (fasiləsiz) davam edəcək””-deyə TASS MSK-nın bəyanatından sitat gətirib..

Bundan əvvəl o da xəxbər verilmişdi ki, Poroşenko və Zelenski arasında Kiyevin “”Olimpiyskiy”” stadionunda keçiriləcək debatın bütün biletləri satılıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir