Zelenski protokolların 95 faizi işləndikdən sonra 73 faizdən çox səs qazanıb


Zelenski protokolların 95 faizi işləndikdən sonra 73 faizdən çox səs qazanıb
Ukraynada şou yenidən başlayır… Səhnədəki uğurunu həyata daşıya biləcəkmi, yeni prezident? Bir çoxları nikbin, bir çoxları narahat, bir çoxları bədbindir. Ən əsası Poroşenko hakimiyyəti sakitcə və demokratikcəsinə təslim edən-məğlubiyyətilə razılaşan postsovet lideri olaraq tarixə düşəcək. Oliqarx siyasətlə məşğul olmağa davam edəcəyini də deyib..

Ukraynanın prezidentliyə namizədi Vladimir Zelenski ikinci turda 95,21 faizinin hesablanması əsasında seçicilərin səsinin 73,16 fazizini alıb. Müvafiq məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilib.

Mövcud dövlət başçısı Petr Poroşenko seçicilərin 24,50% -i tərəfindən dəstəklənib.

Ukraynadakı prezident seçkilərinin ikinci turu aprelin 21-də baş tutub. . Rəsmi nəticələr aprelin 30-da açıqlanacaq.

Belarus prezidenti Aleksandr Lukaşenko artıq Vladimir Zelenskini Ukrayna prezidenti seçilməsi münasibətilə təbrik edib.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir