“Zenit””in futbolçusu Halk hakim Matyunini rasizmdə günahlandırıb”


"Zenit"in futbolçusu Halk  hakim Matyunini  rasizmdə günahlandırıb
“Zenit””in hücumçusu Halk “”Mordovya”” ilə oyunda hakim Aleksey Matyuninin ona münasibətdə rasizm əlamətli ifadə işlətdiyini söyləyib. Bu hakimin oyunçulara qarşı milliyətçilik və rasizm əlamətli sözlərlə təhqir etdiyi ilk hadisə deyil.

Halk Reuters agentliyinə müsahibəsində bildirib ki, -ikinci hissənin başlanğıcında belə bir situasiya baş verdi. Rəqib komandanın oyunçusu zədə aldı. Meyanda xərək gətirdilər. Bu baş verən anda futbolçu qalxdı və oyunu davam etdirməyə hazır idi. Mən bunu hakimin nəzərinə çatdırdım.

Buna kimi biz onunla normal danışırdıq. Bu situasiyada isə hər şey başqa cür oldu. Mən mədəni formada hakimdən bununla baglı izahat istədim, amma o özünü yekəxana apararaq mənim ona toxunmamağımı xahiş etdi. O zaman mən ona əsəbi halda- “”Siz rasistsiniz?””,-deyə sordum. Hakimsə cavabında:-“”Bəli, bütün qaralar kimi sən mənim xoşuma gəlmirsən”” -dedi.

Rusiyada mən azarkeşlər tərəfindən dəfələrlə rasizm hərəkətləri ilə qarşılaşmışam. Bu qəbuledilməzdir. Aydındır ki, azarkeşlər bu şəkildə oyunçunu özündən çıxartmağa çalışırlar. Lakin oyunda qaydaları tətbiq edən hakim belə insidentlərə yol verməməlidir.

Hakim Aleksey Matyunin qalmaqallı hadisə ilə ilk dəfədir ki, üzləşmir. bir neçə il əvvəl də buna bənzər olay yaşanmışdı. O zaman ikinci divizyonun “”Bolqa”” və “”Saturn-2″” komandaları arasındakı oyunda senzurasız ifadələr işlətmiş, Albert Hacıbəyovu milli xarakterli sözlərlə təhqir etmişdi. Buna görə 2011-ci il iyulun11-də bir illik hakimlikdən uzaqlaşdırılmış, lakin sonradan qərardan apellyasiya şikayəti vermiş və bəraət almışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir