Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO


Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını – diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.

Məhərrəm Quliyevin həbs olunması ilə bağlı onun yaxın dostu, oğlunun kirvəsi olan tanınmış ekstarsens Zirəddin Rzayevвэт bu məsələ ilə bağlı açıqlama verməsini xahiş etdik.

Açıqlamasında keçmiş Pokrov bazarının sahibi kimi tanınan iş adamının tutulması xəbərini gec aldığını deyən ekstarsens Məhərrəm Quliyevin bu gün deyil denən –mart ayınn 30-da həbs olunduğunu bildirdi.

Fəaliyyəti ilə bağlı gün ərzində gələn zənglərə cavab vermək imkanımın məhdud olması ilə əlaqədar mənə verilən xəbəri bu gün səhər gördüm-deyərək hadisənin təfərrüatı haqqında danışdı.

“Hamımızın ağsaqqalı Tofiq kişi mənim telefonuma zəng edib düşmə bilmədiyindən mesaj göndərib. Mesaj dünən gəlib. Və orada Məhərrəmin həbs edildiyi yazılıb. Mən gələn mesaja bu gün səhər baxdım. Təbbi ki, dərhal zəng edib məsələnin mahiyyətini və hər hansı bir kömək gərək olub-olmadığını soruşdum”.
Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Zirəddin Rzayev onu da qeyd etdi ki, gün ərzində tanıdıqları vəkillərə və güc strukturlarında olan tanışlara zəng edərək məsələnin nə yerdə olduğuna aydınlıq gətirməyə çalışıb.Tofiq kişi ona Məhərrəmin azadlığa buraxıldığını deyib. Onun azad olunduğu ilə bağlı video materialı saytımıza göndərən ekstrasens “bu da xəbərin təsdiqi”-deyə söylədi.

Azərbaycan mətbuatının Məhərrəmin həbsi ilə bağlı diz çökdürülərək tutulmasına da münasibət bildirən Zirəddin Rzayev “Ümumrusiya matəminə səbəb olmuş və əksəriyyəti uşalqlar olmaq, 67 adamın ölümü ilə nəticələnən Kemerovo yanğın faciəsinin günahkarları belə “qanlı qatil” kimi əli-qolu bağlı aparılmadığı halda, deyək ki, borclu olduğu üçün saxlanılan birinə bu münasibət həbsin sifarişli olmağından xəbər verir – deyə vurğuladı. Görünür Məhərrəmə qarşı bu cür hərəkət və onun vedeosunun yayılması kimlərəsə lazımmış.

Bəs onun haqqında çıxan xəbərlərə Məhərrəm Quliyev rekasiya verdimi və verdisə… sualımı yarıda kəsən Z. Rzayev – “Məhərrəm bu xəbərin üstündən “gülərək” keçdi- dedi.

“Mən vətənimi və xalqımı sevirəm. Saytlarda mənimlə bağlı verilən məlumatın belə “vurğulanmasını” da fərdi yanaşma kimi qəbul edirəm. Hər millətin içində naqisi, xəbisi olur”. Bunu Məhərrəm Quliyevin dediklərinə istinadən Zirəddin Rzayev söylədi.

“Onun həbsinin ev dustağı qərarına bağlanmasında sizin hər hansı yardımınız oldumu ?”-deyə verdiyim növbəti sualın üstündən isə ekstrasens sükutla keçdi.

Z.Rzayevin fikrincə, Məhərrəm Quliyevin tutulması xəbərində onun familiyasının uydurma Həsənov kimi yazılması- bu tələsiklik həbsin Məhərrəmi istəməyənlər tərəfindən sifarişli olduğundan xəbər verdiyini bir daha təsdiqləyir.

“Azərbaycanda müxtəlif adda çıxan çoxsaylı qəzet və saytların mükafatı ilə mükafatlandırılan, hər zaman onları Moskvada “ağırlayan” -bu o, Məhərrəmdir ”-deyə Zirəddin Rzayev də öz növbəsində bunun yaxşı münasibət olmadığının da altını cızdı.

Qeyd edək ki, külli miqdarda borcu ola-ola onu qaytarmadığı üzündən haqqında cinayət işi açılan Məhərrəm Quliyev bu ittihamı qəbul etməyib.

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir