Züqanovun öldürülən səfiri “axırıncı itə” bənzətməsi Amerikada nazarılığa səbəb olub


Züqanovun  öldürülən  səfiri “axırıncı itə”  bənzətməsi Amerikada nazarılığa səbəb olub
Rusiya Kommunist partiyasının lediri Züqanovun tvitterdə Liviyada öldürülən səfiri “axırıncı itə” oxşatması yazısı ABŞ Dövlət Deparatmenti və prezident administrasiyası tərəfindən oxunub.

ABŞ səfiri Kristofer Stivensin Liviyada öldürüldüyündən iki gün sonra- 14 sentyabrda Züqanov mikroblokuna belə mətndə yazı yerləşdirb: -“Amerikanın Liviyadakı səfirini axırıncı it kimi güllələdilər.Bu Liviya üsyanının baş mütəxəssisi idi. O nə əkmişdisə, onu da aldı”.

“Kommersant”a Züqanovun Twitter mikroblokunu mətbuat xidmətinin nümayəndəsi Denis Parfenovun aparığını bildiriblər. Lakin Parfenov özü sadəcə mikroblokun texniki hissəsinə cavabdeh olduğunu və yazılanlar ı Züqanov diktə etdiyini söyləyib. “Biz Gennadi Andereyeviçin dediklərini sözbəsöz veririk, müstəqil olaraq məşğul olmuruq” –deyə o aydınlıq gətirib.

Züqanovun dediklərinə qarşı Ameikadan hələ rəsmi reaksiya gəlməyib. Lakin qəzet mənbələri, Dövlət deparatmenti və prezident adiministrasiyasında bəyan ediblər ki, RFKP liderinin sözləri cavab tədbiri görməyi gərəkdirəcək. Vaşinqtonunun reaksiyası noyabr prezident seçkilərindən sonraya planaşdırılır. Şeçkilərin nəticəsindən asılı olmayaraq, Barak Obama prezidentlikdə qalarsa, ya Mitt Romni seçilərsə belə buna cavab istənəcək. Romni qələbə çaldığı təqdirdə güman edilir ki, Züqanova “göstərici sanksiya ” tətbiq ediləcək. Digər dünya ölkələri siyasətçilərinə də görk olsun ki, ABŞ nə ölkəsini nə də onun vətəndaşını təhqir edənin cəzasız qalmasına izn verməz.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir