10 ildir ki, qəbiləsi ilə yerin altına çəkilən “peyğəmbər” tapıldı
Tatarıstan Respublikasında naməlum bir dini təriqət mənsubu olan 20-si uşaq olan 70 nəfərin 10 ildir ki, yerin altında yaşadıqları məlum olub. Uşaqların bir çoxu bu günə qədər günəş işığı görmədiyi də təsbit edilib.
Rusiya prokurorluğuna daxil olan bir məlumatı araşdırmaq üçün başlanan əməliyyat nəticəsində anormal bir təriqət üzvlərinin özünü “peyğəmbər” elan edən 83 yaşlı Feyzrəhman Satarovun təklifi ilə yer altında yaşamağa çəkildikləri aşkarlanıb.
“Vesti Rusiya” dövlət televiziyasında verilən xəbərə görə Satarov 1990-cı illərdə özünü peyğəmbər, sığındıqları yeri isə “İslam dövləti” olaraq elan edib. Bu dini təqriqətçilər bir binanın zirzəmisini qazaraq 8 qatlı sığınacaq düzəldərək orada yaşamağa başlayıblar.
Təriqət üzvləri yerüstü dünyadan təcrid olunaraq yalnız Satarovun yazdığı kitabları oxuyurlarmış. Yeraltında olan tək bir radioya isə sadəcə Satarov özü qulaq asırmış.
3 mərtəbəli bir binanın altında olan 6 metrlik 30 ayrı otağın olduğu da aşkar edilib. 2000-ci ildən dünya ilə əlaqəsini kəsən təriqət üzvlərindən çölə çıxmamağı, insanlarla görüşməmələri istənilirmiş.
Rusiya baş prokuroru anormal təriqətlə bağlı cinayət işi qaldırıb. Üzvlərinin qanuna qidd olaraq həkim yardımı və elm almasını ənğəlləyən təriqətin ləğv ediləcəyi bildirilib.
Bəzi uşaqlarla pis rəftar edilməsi şühbəsi olsa da, polis hələ ki, kimsəni tutmayıb. Bunun üçün məhkəmənin uşaqlarla pis rəftar mövzusunda qərarı gözlənilir.
“Yanaçı peyğəmbər” Satarov isə qanundan xaric inşaat işiylə məşğul olmaq, öz əliylə qanun yaratmaq kimi suçlardan muhakimə ediləcək.
Təqriqət qurbanı olan uşaqların uzun müddət psixoloji yardım almaları gərəkdiyini deyən Uşaq Haqları Ombudsmanı Pavel Astaxov “Təəssüf ki, təşkilat üzvləri olan ata-anaların uşaqları ilə təkrar görüşməzdən əvvəl müalicə olunlamarı lazımdır” açıqlamasını verib.
/Yenises.ru/