Arif Acaloğlu yaradıcılığında metod və sistemlilik
Acal (Əcəl) macal versəydi, bu gün ARİF Acaloğlu’nun – Arif Mikayıl oğlu Acalovuñ – Arif Acaloğlu Bəyiñ 70 yaşını qeyd edəcəkdik. Təəssüf ki, 2023-cü iliñ 15 noyabr gecəsi əlim bir qəzanın qurbanı oldu, 17 noyabr günü canından çox sevdiyi Azərbaycan torpağıyla qucaqlaşdı. Arif Bəy, Emin Ağa nəticəsi, Abdullah Ağa nəvəsi, Mikâyıl Müəllim oğlu, Abbas Abdulla bacoğlusu, Akif Acaloğlu və Rizvan Acaloğlu qardaşı, Əbülfəz Elçibəy, Lev Qumilev, Yuri Lotman və Arif Rəhimoğlu dostu, bizləriñ də Başqanı və Ağabeyimizdi… Arif Acaloğlu’nu “yeriyən kitabxana”ya “gerçək elm dəryası”na və “canlı ensiklopediyada təşbeh edənlər yanılmırlar.
Acaloğlu sadəcə türkoloq deyildi. Ən az 15-16 bilim alanına dərindən bələd olan bir bilgi xəzinəsi idi. Türkologiya, filologiya, şərqşünaslıq, antropologiya, sosiologiya, psixologiya, ontologiya, epistemologiya, sosial lingvistika, ədəbiyyat sosiologiyası, söyləm analizi, mətn təhlili, semiotika, fəlsəfə, məntiq, dil tarixi, etimologiya və digər sahələr onun istər elmi əsərlərində, istərsə də söhbətlərində özəl bir kavram və terim zənginliyi ilə təzahür edirdi. Acaloğlu ancaq faktlarla danışırdı. Onun özünəməxsus üslubu vardı. Bu üslub onun şəxsiyyətini, şəxsiyyəti də üslubunu müəyyənləşdirirdi. Eynilə Fransız filosofu Buffonun dediyi kimi…
Acaloğlu heç vaxt faktsız danışmazdı. Hər bir mövzunu mütləq bir nəzəriyyəyə bağlayırdı. Eyvaz Əlləzoğlunun “Ölü yay” hekayəsinin təhlili ilə bağlı yazdığım məqaləni oxumuş, orada aşkarladığımız miflərin doqquzunun da doğru olduğunu təsdiq etmişdi. Və bu miflərin zamanı ilə bağlı aşağıdakı maraqlı fikirlərini qeyd etmişdi: ““Ölü yay” öyküsünün genel dokusuna bir döngüsel zaman algısı hakimdir. İnsanlar boğucu sıcaklar ortamında sanki bundan öncesini unutmuş gibiler; bundan öncesi sanki hiç yaşanmamış gibidir. Yani burada “öncesi” bilinmeyen ve “bulunmayan”, “sonrası” ise endişe verici bir ortam söz konusudur. (Bu arada “sıcak” veya “boğucu sıcak” motifinin, dünya edebiyatında “absurt”un simgesel ifadesi olduğunu da anımsayalım- A.Acaloğlu).
Ümumiyyətlə Acaloğlunun məsələlərə baxışı geometrik dəqiqliyi və fəlsəfi dərinliyi ilə seçilirdi. O, hər hansı bir mövzuya, məsələyə dörd boyutlu – ontoloji, epistomoloji, hermenevtik və diskurs analiz üsulları ilə baxmağı bacarırdı. Bu baxış həmin mövzu haqqında bütün fikirlərə aydınlıq gətirməklə yanaşı hər hansı bir ələ alınmış mövzuya və ya obyektə (kavrama) məna, məzmun, xarakter və şümul qazandırırdı. Bu baxışın həndəsi modelini X (seçmə) və Y (yerləşdirmə) kordinatları üzərində ifadə etmək mümkündür. Bu müstəvi sisteminin nəticəsi olaraq iki mühim xüsusiyyət də – dərinlik və təsir etmə – meydana çıxır. Biz bu müstəviyə baxanda XX əsrin Fransız lingvisti Lucien Tesnierin “stemma” məfhumunu xatırlayırıq. Bu qavrama görə cümlənin çizgisəl xətti (xətti profili) və ya profil rəsmi deyil, onun öndən çəkilmiş fotosu əsas götürülür ki, burada da bütün struktur əlaqələri aydın şəkildə görünür.
Acaloğlunun elmi maraq dairəsi təkcə nəzəriyyələrlə məhdudlaşmırdı; o, bu nəzəriyyələri Türk mədəniyyət tarixinin konkret faktları ilə canlandırırdı. MHB (Milli Hərəkatçılar Birliyi) toplantılarının birində atın kültür tariximizdəki yerindən, zamanla yarış içində olan Türkün bu yarışı daha az fərqlə uduzmasında böyük rolu olan atın önəmindən bəhs etmişdi. Eyni söhbətdə dəmirdən, dəmirin Türklər tərəfindən icadı ve bunun məhsullarından biri olan üzəngidən bəhs etmişdi. Xatırlayıram bu mövzulardan çox böyük həyəcanla danışmışdı. 1980-ci illər kimi mürəkkəb bir dövrdə epistemologiyadan bəhs etmək dəlilik kimi bir şey idi. Acaloğlu yazır: “Elmi düşüncə – dəqiq tarixi və tipoloji cizgiləri olan çox şaxəli mürəkkəb bir sistem yaratmışdır. İctimai düşüncənin konkret şəkli kimi bütövlükdə elm eləcə də onun ayrı-ayrı sahələri vaxt keçdikcə kəmiyyət və keyfiyyət cəhətdən dəyişikliklərə uğraya bilər. Bununla belə onun başlıca xüsusiyyətləri dəyişmir… Son illərdə epistomoloji problematikaya, elmi- məntiqi metodoloji məsələlərə marağın artması bu baxımdan təsadüf deyil. Qətiyyətlə demək olar ki, bu tələblərə cavab verməyən bilik sahəsi sözün həqiqi mənasında elm adlana bilməz”.
Ümumiyyətlə bu dörd böyutluluq nədir, nəyin nəsidir? İlk olaraq ontoloji məsələnin ələ alınma səbəbidir. Rəhmətlik Arif bəy də belə bir teorini bilmədən folklor məsələlərini elmi cəhətdən ortaya qoymağın mümkün olmadığını vurğulayırdı… Hər hansı bir elmi fikrin, söyləmin və ya tezin fəlsəfi mahiyyətini daha aydın göstərmək üçün onun epistomoloji müstəvidəki təhlilini də göstərmək məcburiyyətindəyik. Arif müəllimin də bu mövzudakı israrlı fikirləri səbəbsiz deyildi. Bu eyni zamanda müvafiq araşdırmanın metodoloji çərçivəsidir və bu səbəblə də olmazsa olmazıdır.
Epistemologiya (yunanca epistēmē – bilik, loqos-təlim) bilik nəzəriyyəsidir, eyni zamanda bilik fəlsəfəsidir. O zaman “bilik nədir?” (biliyin mahiyyəti nədir?): “bilik necə yaranır?” (biliyin mənbəyi və qaynaqları); “bilik nə zaman etibarlıdır?” (doğruluq və əsaslandırma) eləcə də “bilik subyekti ilə obyekti arasındakı münasibət necə qurulur?” suallarına cavab axtarır.
Acaloğlu Arif Mikayıl oğlunun da bu məqaləsində ələ aldığı mövzu, qoyduğu suallar söyləm kontekstində epistomoloji dəyərə sahibdir; yanaşması da ideyanın hansı düşüncə modelinə söykəndiyini göstərir. Beləliklə ənənəvi olaraq ədəbiyyat və folklor (özəl olaraq da şifahi xalq ədəbiyyatı) arasında əlaqələri aydınlaşdırır. Beləcə Acaloğlu söyləminin məqsədi modern bilim baxımından çox önəmlidir və Arif müəllimin həyacan təbili çalması boşuna deyil. Ümumiyyətlə Arif Acaloğlu hər bir məsələyə elmlə yanaşırdı və M.K.Atatürk kimi “həyatda həqiqi mürşid elmdir” fikrini müdafiə edirdi.
Bu yazıda Arif bəyin elmi yanaşması ilə onun ideoloji dünyagörüşü arasında üzvi bir bağlılıq müşahidə olunur; belə ki, tədqiqatlarında ortaya qoyduğu epistomoloji prinsipiallıq, onun həyat fəlsəfəsində təcəssüm edən dəyərlər sistemi ilə tamamlanır. Bir sözlə, nəzəri müstəvidə irəli sürdüyü elmi qənaətlər ilə praktik-ideoloji mövqeyi qarşılıqlı şəkildə bir-birini tamamlayaraq vahid bir düşüncə modelini formalaşdırır.
Arif Acaloğlunun həyat fəlsəfəsi və ideoloji kimliyi məzarı üzərində həkk olunmuş “Tanrı, Törə, Türk” kəlimələrində öz ifadəsini tapmışdır. Eyni zamanda həm leksik-semantik, həm də ideoloji baxımdan qədim türk yazı ənənəsinin davamı kimi də qiymətləndirilə bilər. Bu yazı yalnız bir şəxsin xatirəsini yaşatmır, eyni zamanda Tanrıya bağlılıq, törəyə sadiqlik və Türk kimliyinə mənsubiyyət kimi fundamental dəyərləri gələcək nəsillərə ötürərərək Arif müəllimin hələ də maarifçi missiyasını davam etdirdiyini göstərir. Bu maarifçi missiya isə Arif bəydən ən az üç nəsil əvvələ dayanaraq – Səməd bəy Acalov, Emin ağaya qədər gedib çıxmaqdadır. Arif müəllim həyatda heç bir zaman fatalist olmamışdır, hətta öz dərin zəkası və iti ağlı ilə öz alın yazısını da özü yazmışdır…
Qismətindər gəzdiyin yer sənin,
Ərşə çıxsan aqibət Yer, yer səni.
Onun üçün onun adı yer oldu,
Öncə bəslər sonra kəndi yer səni.
Ruhu şad, mekanı cennet olsun!
Osman Türkay, 1992’de yayımlanan “Küçük Ülke Edebiyatı” başlıklı yazısında şöyle demiş:
“Küçücük Kuzey Kıbrıs’ta birçokları gençlik dürtüsüyle şiirin çemberinden geçmiştir. Ancak onlardan bir avuç, şiiri sürdürebilmiştir. Bu bir avuç şair, zaman zaman yerel edebiyatın sınırlarını aşarak evrensel ufuklara ulaşabilmiştir. Fakat ne yazık ki Anavatan Türkiye bize bu konuda ‘analık’ yapmamıştır. Devlet olarak demiyorum… Sanatçılar ve hele yayıncılar ile eleştirmenler. Kıbrıs’lı Türk sanatçısını dergilerde, antolojilerde, ansiklopedilerde adeta figüran olarak kullanmışlar, onlara gerçek değerini vermemişlerdir. (…)” Semra Eren-Nijhar, Uzay’ın Şairi Osman Türkay, Ozan Yayıncılık, İstanbul 2023, s. 268.
Başta KIBATEK çatısı altında Ismail Bozkurt, Prof. Dr. Oğuz Karakartl, Metin Turan hocalarımın emekleriyle ve Kıbrıslı akademisyenlerin çabalarıyla bugün durum daha iyi ama hâlâ yeteri kadar mı diye düşünüyor insan…
Nazim Muradov
Aysel Acalova
