Arxeoloqlar Londonda Şekspirin pyesi göstərilən teatr tapıblar
Londonda arxeoloqlar XVI əsrə aid olan teatrın qalıqlarını tapıblar. Belə güman edilir ki, həmin teatrda Şekspirin “V Henrix” və “Romeo və Cülyetta” pyeslərinin tamaşası göstərilib.
“Zanaves” adlanan teatr 1577-ci ildə tikilib. Bu məşhur “Qlobus” teatrından əvvələ təsadüf edir.
London muzeyinin ekspertləri Şordiç rayonunda qalareya divarlarının qalıqlarını və teatrın həyətinin içərisini aşkar ediblər. Onlar ehtimal edirlər ki, bu teatrda yenidən Şekspiri əsərləri tamaşaya qoyulacaq.
/Yenises.ru/