Avro-2012 C qrupunda nələr olacaq


Avro-2012  C qrupunda nələr olacaq

Bu gün futbol üzrə Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək. Bu qrupda İslandiya, İspaniya, İtaliya və Xorvatiya yığmaları mübarizə aparacaqlar. Qrupun favoriti İspaniya və İtaliya yığmasıdır. Günün ilk qarşılaşması Polşanın Qdansk şəhərində İspaniya milli yığması ilı İtaliya milli komandası arasında keçiriləcək.Bu görüşü düniya çempionlarının görüşü də adlandırırlar. İspaniya millisi İtaliya yığmasını 1920-ci ildən bəri oyunun əsas hissəsində məğlub edə bilmir. Bukmeker konturları bu qarşılaşmada İspaniya millisini favorit hesab edirlər.
Günün ikinci qarşılaşması Polşanın Poznan şəhərində İrlandiya millisi ilə Xorvatiya yığması araslnda olacaq. Futbol ekspertləri bu görüşdə favorot məhz Xorvatiya yığmasını hesab edirlər.

İndi də C qrupunun komandaları haqda maraqlı məlumatlara diqqət yetirək.

İRLANDİYA.
İrlandiya kağız üzərində B qrupunun autsayderi hesab olunur. Lakin buna baxmayaraq İrlandiya millisi reqiblərinə baş ağrısı ola bilər.Bu komanda “yaşıl oğlanlar” adıyla da tanınır. Komandanın baş məşqçisi AVRO-2012-in ən yaşlı məşqcisi olan Covanni Trapattonidir. Qoca sinyor yeganə baş məşqçidir ki, UEFA-ın klublar üçün istifadə etdiyi bütün kuboklara yiyələnib. İrlandiya millisi 4-4-2 taktiki sistemində oynayir. Komandada texnikalı oyunçular azdır, lakin onlar sona qədər mübarizə aparmayı sevirlər. Irlandiya yığmasının Avropada uğuru AVRO-1988-ə təsaduf edir və 5-ci yerə sahib çıxır. Komandanın liderlərindən Robbi Kini, Makqidini, Steven Kellini göstərmək olar. İrlandiya millisi AVRO-1984- ün təsnifat mərhələsində İspaniya ilı qarşılaşıb. Evdə keçirilən oyunda ispanlarnan sülh imzalayıb( 3:3), lakin səfərdə İspaniya millisinə 2:0 hesabıyla məğlub olub.

İSPANİYA
Son Avropa çempionu olan İspaniya yığması turnirin və qrupun favoriti sayılır. Lakin bu heç də ispanları indidən çempion kimi tanımağa haqq vermir. Bu cür oyunlarda yaxşı oyunla bərabər bəxt amili də böyük rol oynayır. Bu komanda “qəzəbli qırmızılar” ləqəbi ilə də tanınır. Komandanın oyunçuları yalnız İspaniya və İngiltərə klublarının təmsilçisidirlər. İspanlar ikiqat Avropa çempionu (1964 və 2008) olmaqla bərabər 1984-cü ildə Avropanın gümüş medalını da qazanıblar. İspaniya millisiinidə futbolçuların yarısından çoxu komandanın liderləridir. Komanda 4-3-3 taktiki sxeminə üstünlük verir. Komandanı Polşada dəstəkləyənlər arasında Rafa Nadal və Şakiranın olacağı da gözlənilir. AVRO-2012 –in oyunları zamanı yığma üzvlərinə sosial şəbəkədən istifadə etmək qadağan olunub. İspaniya millisi AVRO-2008-in ¼ final mərhələsində İtaliya yığması ilə qarşılaşıb. 0:0 hesabıyla bitən oyunda ispanlar penalti zərbələri hesabına yarımfinala vesiqə qazanıblar (4:2).

İTALİYA
İtaliya millisi tarixində bir dəfə-1968-ci ildə Avropa çempionunun qalibi adını qazanıb. Bundan əlavə Avropanın gümüş(2000) və bürünc(1988) medallarına da sahib olub. İtaliya millisi “Adzurri” ləqəbi ilə tanınır. İtaliyalılar AVRO-2012 –in qrup mərhələsinə təsnifat mərhələsində məğlubiyyət görmədən vesiqə qazanıblar. Oyun zamanı İtaliya millisi müxtəlif oyun taktikalarından (4-3-3; 4-3-1-2; 3-5-2) istifadə edir. Komandanın baş məşqçisi Çezare Prandelli komandası üçün”Etika məcəlləsi” ni tərtib edib. Bundan əlavə AVRO-2012-də uğur qazanmaq üçün komandada alçaqboylu hücümçülara üstünlük verilir. AVRO- 2012 turniri ərəfəsində İtaliya polisi tərəfindən danışılmış oyunlarla əlaqədər bir neçə futbolçu sorğuya çağırılıb. Bu da İtaliya yığması üçün yaxşı hal sayıla bilməz. Komandanın liderlərindən Mario Balotellini,Kassanonu, Rossini və başqalarını göstərmək olar. AVRO-1988-də İtalya yığması turnirin qrup mərhələsində ispanlara 1:0 hesabıyla qalib gəliblər.

XORVATİYA
Xorvatiya millisi “alovlu”, geyim formasının rənginə görə “damalılar” ləqəbi ilə tanınırlar. Xorvatiya yığma komandasının Avropada ən böyuk uğuru iki dəfə ¼ finalda( 1996 və 2008) oynamasıdır. Xorvatiya millisinin tərkibində potensiallı futbolçular çoxluq təşkil edir. Komandanın baş məşqçisi postuna 2006-cı ildən bəri “Pirat” ləqəbli Slaven Biliç rəhbərlik edir. Xorvatiya millisinin ən yaşlı oyunçusu 34 yaşlı Yosip Şimuniç, ən gənc oyunçusu isə 23 yaşlı Domaqay Vidadır. Xorvatlar AVRO-2012-in pley-off mərhələsində Turkiyə millisinə qalib gələrək turnirin qrup hissəsinə vəsiqə qazandılar. Bu komanda 4-4-2 taktiki sisteminə ustunluk verir. AVRO-2012 turnirindən sonra komandada rəhbərlik və baş məşqçi dəyiləcək. Komandanın liderlərindən Dario Srnanı, Luka Modriçi,Oqnen Vukoeviçi, Eduardonu, İvan Pereşiçi göstəemək olar. “Bavariyanın hücümçüsü İviça Oliç zədə səbəbindən komandasına kömək edə bilməyəcək. AVRO-1996-ın təsnifat mərhələsindəXovatiya millisi İtaliya yığması ilə qarşılaşıb. Evdə 1:1 hesabıyla sülh bağlayan Xorvatiya millisi səfərdə İtaliya komandasını 1:2 hesabıyla məğlub edib.
C qrupu haqda məlumatlara baxdıqda bir daha əmin oluruq ki, bizi maraqlı qarşılaşmalar gözləyir.

Ramin Kazımov


Bir cavab yazın