Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə tətilqabağı görüş keçirdi


Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi
Vaxtaşırı adı bir-birindən maraqlı təbdirlərdə hallanan Rusiyadakı Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu sosial-ictimai siyasi həyatın gündəmində olan bir çox hadisəni demək olar ki, diqqətində saxlayır. Bu dəfə Ruisyada təhsil alan azərbayncanlı gənclərin ali məktəbi uğurla başa vurmaları münasibətilə onları tətilə yola salma mərasimini təbiətin qoynunda qeyd etdi.

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi
Moskvanın cənubundakı Kuzminki parkında gəncləri başına toplayan təşkilat gənclərin göürüşünə Azərbaycan diasporunun nümayəndələrini də agsaqqal kimi dəvət etmişdi. Təbiətin qoynunda tennis, futbol oyunları, maraqlı tapmacalar, baməzə lətifələr ilə asudə vaxtı dəyərləndirən gənclər “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov, müavini Abbas Alıyev, tarixçi-alim Əşrəf Hüseynli, yazışı Sultan Mərzili, əməkdar rəssam Qudrət Qurbanov, Moskva “Dərviş” teatrının aktyoru Şirzad Pirallahi, DAK-nin nümayəndəsi Ruhsanə Zeynalova ilə ünsiyyətdən zövq alaraq bir ocaq ətrafinda toplaşmışdılar. Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası, musiqisi, rəssamlıq və digər sahələrdən verilən sualları tələbələr həvəslə cavablandırırdılar.

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi
AMİİF rəhbəri Şamil Tağıyev bu öyrədici əyləncəli istirahətdə fondun tətilə çıxan tələbələrindən birinə İPad planşeti hədiyyəsi gətirmişdi. O, tələbə gənclərə öz aralarında oyun keçirməyi təklif etdi. Püşkatma ilə keçirilən oyunda Məhbubə Əliyevanın şansı yavər gedərək , bu qiymətli hədiyyəni qazandı.

Fond rəhbəri seçilmiş gəncləri- qızlar arasında karate üzrə dünya çempionu, tələbə Pünhanə Qasımova, Şoloxov adına Moskva humanitar universitetinin jurnalistika fakültəsini bu il fərqlənmə diplomu ilə bitirən Mahnur Sofiyevanı təbrik edərək idman, elm və digər sahlərdə uğura imzan azərbaycanlı gənclərə dayaq olacaqlarına, onları ruhlandıracaqlarına söz verdi.

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi
Əşrəf Hüseynli burada iştirak edən diaspor nümayəndələri adından fondun rəhbərliyinin bu təşəbbüsünü alqışlayaraq, belə bir gün bəxş etdikləri üçün burada olan və olmayan bütün gənclərimizə minnətdarlıq edib, uğur dilədi. “Biz də ağsaqqal kimi hər zaman yanınızdayıq”-dedi.

Təbiətin qoynunda gənclərlə bir gün Şirzad Pirallahinin ifa etdiyi M.Arazın “Azərbaycan deyiləndə” şeiri ilə başa çatdı.

Tünzalə Vəliqızı
Moskva, 16 iyun 2013-cü il

FOTOLAR

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi

Azərbaycan Mədəniyyətinin inkişafı və intibahı fondu gənclərlə  tətilqabağı görüş keçirdi

Bir cavab yazın