Beynəlxalq Xoreoqraf günü–9 yanvar!
Hər ilkindən fərqli olaraq bu ilin–2026-cı ilin beynəlxalq xoreoqraf günü siyasi müstəvidə keçir. İşin qəribə tərəfi bu günki bayramda xoreoqraflar ənlik-kirşan boyalı, kompozisiyalar xaotik, hərəkət estetikası sərt, səhnə dekorasiyaları qanlıdır! Daha qorxunc olanı isə bu beynəlxalq kakafoniyanın DİRİJORU YOXDUR! Ən azından ortalıqda yoxdur.
Səhnə başlı-başına, tamaşaçılar məzlum, çaşqın, tədirgin durumda, səs operatoru mikrofonları söndürməyi unudub, musiqidə yalnız zərb alətlərinin səsi gəlir, hər tərəfdə həyəcan təbilləri, kilsə zəngləri çalınır. Bəşəriyyəti bu qiyamət əlamətli yuxudan oyatmaq yerinə “Gözəlim Yer kürəsinin” ayrı-ayrı parçalarına hakim kəsilmiş ansambl rəhbərləri yanğına körüklə gedirlər! Pərvərdigara, dünyanı bu not bilməyən, qulaqlarını ayı tapdalamış xoreoqraflardan-musiqiçilərdən xilas et!
Cəfər Sadıq, Moskva
09.01.2026
