BMT Liviyada döyüşən tərəfləri atəşkəsə çağırdı
Liviyadakı BMT missiyası münaqişə tərəflərini saat 16: 00-dan başlayaraq (Moskva vaxtı ilə saat 17: 00-da) iki saatlıq humanitar barışığa çağırıb.
Təşkilatın bazar günü verdiyi bəyanatda barışığın qalan ailələri çıxartmaq, yaralılara kömək etmək və “Liviya təcili yardım briqadası və “”Qızıl Ay “” təşkilatının öz işini yerinə yetirməsinə imkan verilməsi üçün lazım olduğu bildirilir.
Qərb mediasının verdiyi məlumata görə bundan əvvəl marşal Xəlifə Haftarın rəhbərliyi altında Liviya Milli Ordusu (LNA) bazar günü Tripoli ətrafına ilk hava zərbəsi vurduğunu bəyan edib.
Beynəlxalq səviyyədə tanınan Fayez Sarajın rəhbərlik ediyi Liviyanın milli konsensus hökuməti öz növbəsində ölkə paytaxtını qorumaq üçün əkshücuma keçdiyini açıqlayıb.
YENİSES.RU“