BOZQURD VƏ ÇAQQAL


Qonşu oldu Bozqurd bir Çaqqal ilə
Çaqqal gəldi buraya bir taxma saqqal ilə.

          Qurd Çaqqalı bəslədi, qarnını da doydurdu.
Az keçmədən təzə qonşu tamamilə qudurdu.

Aldatdı Qurdu Çaqqal, aldı ciyərparəsin,
Aqlamaqdan kor etdi gözlərinin qarəsin.

          Qurd səbrini basaraq Çaqqala çox yalvardı,
          Balasının xətrinə “xəmir çox su apardı”.

İnsaf etmədi Çaqqal, heç cür yola gəlmədi,.
Cocuğu qaytarmadı, xisləti düzəlmədi.

          Səbri tükəndi Qurdun, düyünləndi yumruğu,
          Qorxusundan Çaqqalın qısıldı boz quyruğu.

Yumruq dəydi başına bərələ qaldı gözü,
Qaçıb düşdü dərəyə, bitdi, tükəndi sözü.

          Özünə gələn kimi səsin aldı başına
          Tel vurdu o tay-bu tay qardaşına.

Səsinə səs gəlmədi, getsə də lap o taya,
Dünənki sirdaşları dönüb oldu bir qaya.

          Ayı çoxdan bilirdi qonşuların davasın,
          Alırdı da gah onun, gah da bunun havasın.

Gördü ki Çaqqalı sıxma-boğma edirlər
Aldığını ver deyə lap üstünə gedirlər.

          Dayanaraq Çaqqalın çoxdankı xidmətinə,
          Ayı dedi, qoy baxım bir bunun hörmətinə.

Görüm yardımımın qədrini bildimi heç,
Demişdim ki, istəsən, lap İsgəndəri seç.

O ki bunu bilmədi, günah məndən getmişdir,
     Çaqqalın şıltaqlığı bununla da bitmişdir.

İndiyədək yatmışdı dağımın kölgəsində,
İlan kimi çalırdı xalqı öz bölgəsində.

          Öz dərdim başdan aşır, bir yandan da bu çıxdı,
          Nə qədər dəstək verdim qaymağından su çıxdı.

İndi baxağ kim kimdi, aldığın əldən gedər,
Mən işə qarışmasam, lap kökün də kəsilər.

          Amma artıq Ayı da bildiyin Ayı deyil,
          Onun yol göstərəni qoca Sem dayı deyil.

Mən oyuna girdimsə uşaq mənim olacaq,
Kobud görünsə də bu, xislətimə uyacaq.

          Çaqqal quyruğu qısıq, Bozqurd bir fateh kimi
          Gəldilər mağaraya, gecə əsən meh kimi.

Ayı verdi qərarı, Bozqurda “sən dur”dedi,
“Çaqqal, deməlisən iştahına dur” dedi.

          Beləcə qərarlaşdı alayarımçıq dava,
          Cocuğun başı üstə yenə qaraldı hava.

Bozqurd bu savaşda çox balasın itirdi,
Otuz ilin töhmətin öz üstündən götürdü.

          Bu təmsilin mənası aydın olsun hamıya,
          Bozqurd-Çaqqal savaşı fayda verdi Ayıya.

SİDQİ