Bu gün Milli Ordumuzun yaranmasında 94 il keçir


Bu gün Milli  Ordumuzun yaranmasında 94 il keçir
1918-ci il iyun ayının 26-da müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası hökümətinin qərarı ilə müntəzəm ordu hissəsi- əlahiddə korpus yaradılıb.

Bu qərar Silahlı qüvvələrin yardılması üçün hüquqi əsas idi. Elə birinci gündən Azərbaycan ordusunun hissələri bütün ərazi boyu qanlı döyüşlər aparıb. Azərbaycan ordusu demokratik respublika yaratmaq yolu seçmiş respublikanın və xalqın müstəqillyinin ən etibarlı qarantı olub.

Bu gün Azərbaycan Silahlı qüvvələrini quru, hərbi-hava və hava hücumlarına qarşı qüvvələr, hərbi dəniz qüvvələri, Milli prezident qvardiyası və bir sıra hərbiləşdirilimiş strukturları özundə birləşdirir.
Azərbaycan Milli ordusunun ali baş komandanı onun prezidentidir. Inzibati idarəetməni Müdafə nazirliyi, əməliyyatı isə Baş qərargah həyata keçirir.

Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra Azərbaycan respublikasının prezidenti Heydər Əliyevin qərarı ilə bu tarixi gün-26 iyun Azərbaycan Silahlı Qüvvələri günü elan edildi və hər il bayram kimi qeyd edilir.

“Yeni Səs” kollektivi olaraq Milli Ordumuzun yaranması günü münasibətilə bu sırada birləşən bütün hərbçilərimizi bayram münasibətilə təbrik edirik!


Bir cavab yazın