Dünyanın ən ləzzətli və ən pis mətbəxlərə malik ölkələrin adları açıqlanıb


2025-ci il  Yenilənmiş World Population Review-in  reytinqinə görə, Yunan mətbəxi bir daha dünyanın ən ləzzətli mətbəxi seçilib. Qiymətləndirmə 5 ballıq şkala ilə ölçülüb. 4.60 balla  Yunanıstan mətbəxi birinciliyini qoruyub.

İlk onluq faktiki olaraq dəyişməz qalıb. Buraya Yunanıstan, İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin daxildir ki, onların yeməkləri 2025-ci ildə ən yüksək reytinq alıb.

Siyahının 11-ci və 12-ci  yerlərini isə Hindistan və Birləşmiş Ştatlarıı paylaşır.  

Reytinqə görə, ən az ləzzətli yemək Nikaraqua, Laos və Boliviyadan gəlir və onlar 99 ölkə arasında son üç yeri tutublar.

Keçmiş Sovet ölkələrindən ikisi – Qazaxıstan və Ermənistan da mənfi reytinqdə yer alıb. World Population Review bu bölgələrin yeməklərini ən az ləzzətli hesab edərək onları müvafiq olaraq 93-cü və 92-ci yerlərdə yerləşdirib. Rusiya bu reytinqdə 34-cü yerdədir. Mətbəxinə görə qonşu Gürcüstan 30-cu, Azərbaycan isə 56-cı yerdə bərqərar olub.

Nuş olsun!

Yenises.ru