Fransa adasında akula 15 yaşlı qızı yedi
Hind okeanı adasında akulanın qurbanı 15 yaşlı fransız qızı olub. Akula hücum edəndə yeniyetmə qız sahildən 5 metr aralıda üzürmüş. Bu haqda “Daily mail” qəzeti yazıb.
Hadisə 15 iyulda Cənubi Afrikanın Reunion adası yaxınlığında Sen-Pol buxtasında baş verib. Gənc qız adaya atası və bacısı ilə birlikdə gəlibmiş.
Xilasedicilərin sözlərinə görə, qız Sen-Pol buxtasının qadağan olunmuş ərazisində üzürmüş. Akula qəfil hücum etdiyi üçün onu xilas etmək mümkün olmayıb. Yırtıcı öz qurbanını yarıyacan yeyib. Sudan qızın bədəninin üst hissəsini çıxara biliblər.
Bu hadisədən sonra çimərliyin ərazisi bağlanıb. Xilasedicilər onu da qeyd edirlər ki, uzun illərdən bəri ilk dəfədir ki, akula sahilə bu qədər yaxın yerdə insana hücum edir.
Axırıncı dıfə Reunionda akulanın hücumuna bu ilin mayında rast gəlinib. O zaman akula adada bal ayını qeyd edən evlilərə hücum etmişdi. Nəticədə 36 yaşlı kişi ölub, onun həyat yoldaşı isə yaralanıb.
/Yenises.ru/