Həyatda qalmaq üçün yoldaşlarını yeyən həkim
Argentinada 40 il əvvəl qəzaya üğrayan təyyarədə sağ qalan və ölən yoldaşlarını yeyən Uruqvaylı həkim Candessa yaşadıqlarını anladıb.
Uruqvaydan Çiliyə uçarkən Argentinanın And dağlarına dəyən təyyarədə sağ qalan həkim- kardioloq Roberto Candessa 40 il əvvəl o qəzadan sonra yaşadıqlarını və həyatda qalmaq üçün verdiyi mücadiləni anladıb.
İngiltərədə çıxan The Sun qəzetinə faciəli həyatını danışan Candessa (59) F-277 tipli təyyardə 45 sərnişindən biri olub. Təyyarə dağa çarpılandan sonra sağ Camdessa da olmaqla 16 nəfər sağ qalıb. O buradan qurtaracağını gözlədiyi 72 gün müddətində acından ölməmək üçün ölən məcburən yoldaşlarının ətini yeyib. Bunun sayəsində topladığı güclə sag qalan yoldaşı ilə birlikdə Candessa 10 gün yol gedib. Candessa təyyarə qəzaya uğrayan vaxtı 19 yaşında tibb fakültəsinin tələbəsi imiş. Ətin protein və yağ deposu baxımından güclü mənbə olduğunu bilən Candessa ölən yoldaşlarının ətini yeməkdən başqa çarəsi olmadığını bildirib.
Həyatdan ümidini kəsdiyi vaxt ən çox anasını düşünən Candessa insan əti yediyini ifadə edib.
O yaşadığı faciəni “Bir nöqtədən sonra robotlaşırsan. Sadəcə sonrakı addımını və nə yeyəcəyinizi düşünürsünüz.Xəyallarınız çox geridə qalır”- sözləriylə bildirib.
/Yenises.ru/