Iran Türkiyəyə qaz ixracını bərpa edir


Iran Türkiyəyə qaz ixracını bərpa edir

Ötən həftə qaz borusunda baş verən partlayış nəticəsində zədələnmiş sahə təmir edildiyi üçün çərşənbə axşamı İran Türkiyəyə qaz ixracını bərpa edəcək. Bu haqda bu gün İran KİV-i məlumat verib.
Onların məlumatına görə Ankaradan müvafiq sorğu alınıb və təmir işləri bitəndən sonra “İran qazının Türkiyəyə ixracı bərpa olunacaq”.

Partlayış 27 iyunda Türkiyənin şərqindəki Aqri əyalətində baş verib. Təxribat nəticəsində həmin magistraldan qazın təchizatını dayandırmışdı. Hər gün bu qaz borusundan 27 mln kub metr “mavi yanacaq” axır.

/Yenises.ru/


Bir cavab yazın