İranın dini lideri müharibəyə hazır olmağa çağırdı
İran İslam Respublikasının dini lideri Ali Xameneyi vətəndaşları tezliklə başlanacaq müharibəyə və dünyanın sonuna hazır olmağa çağırdı. Ayətullahın xüsusi müraciətində dahi lider “qeybə çəkilmiş” 12-ci İmam Mehdinin gəlişindən danışdığı haqqında İran KİV-i məlumat verib.
Şiələrin inamına görə “qiyamət günü” İmam Mehdi gəlib dünyanı xilas edəcək. Ayətullah Xomeneyi qeyd edib ki, kim özünü 12-ci İmamın əsgərləri sayırsa, onlar müharibəyə hazır olsunlar.
/Yenises.ru/