lma və ya işə qəbul etməməyə görə cinayətlərin də daxil olunması təklif olunub


Dövlət Duması fırıldaqçılıq, yeyinti, mənimsəmə kimi cinayətlərin cəzasını "pulla" kəsmək istəyir

Sahibkarlar və biznesmenlərə yaşıl işıq. RF Dövlət Duması “cəzanın canla deyil, pulla ödənilməsi”” qanun layihəsini müzakirə edib.

RF Dövlət Duması ziyan kompensasiya edildiyi təqdirdə cinayət məsuliyyətindən azadetmə qanunu siyahısının genişləndirməsi layihəsini ikinci oxunuşda qəbul edib. Bu haqda RİA Novosti məlumat verib.

Qanun layihəsinin təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. Qanun layihəsinin məqsədi- Rusiyada münbit iş şəraiti yaratmaq və sahibkarlıq fəaliyyətindəki riskləri aşağı salmaqdır. Sənəd həm də biznesmenləri əsassız cinayət təqiblərindən müdafiə etməlidir.

Siyahıya fırıldaqçılıq, bilərəkdən müqavilə şətlərinin yerinə yetirilməməsi, plaqiat, patent hüququnun pozulması, mənimsəmə və ya yeyinti, əmlaka vurulan zərbə kimi cinayətləri daxil etmək istəyirlər.

Həmçinin sahibkarlar işçilərinə maaşını ödəməmək kimi qanunsuzluğa ilk dəfə yol veribsə və sonradan bütün əməkhaqqını ödəyib, kompensasiya edibsə, o zaman onları məsuliyyətindən azad etmək istəyirlər.

Qanun layihəsinin ikinci oxunuşu çərçivəsində təqaüd yaşına çatma ərəfəsində işdən çlxar


Bir cavab yazın