Məşhur futbolçu Pavlyuçenkonun evinə oğrular girdi
Moskvanın “Lotomotiv” klubunun futbolçusu Roman Pavlyuşenkon ev oğrularının qurbanı olub. Rusakov küçəsindəki elit binalardan birində yaşayan futbolçunun evinin qapısını qıraraq mənzilinə daxil olan oğrular 6 milyon rubl dəyərində əşyalarını aparıblar.
Bu haqda Daxili işlər nazirliyinin baş idarsindən məlumat veriblər.
Qarət 7-9 iyul arasında evdə kimsənin olmadığı vaxtlarda baş verib. Qapının açıq olduğunu binanın qapıçısı görüb. Bundan sonra Pavlyuçenkonun həyat yoldaşı Larisa hüqüq-mühafizə orqanlarına şikayət edib.
Lifenews.ru-nun xəbərinə görə oğürlananlar arasında müxtəlif pul valyutaları, qızıl əşyaları, saat və şuba var. Bunlar hamisi iki idman çantasına yerləşdirilib aparılıb. Bundan başqa futbolçunun müxtəlif görüşlərdə giydiyi futbol köynəklərindən ibarət böyük bir kolleksiyasını da götürüblər.
Xatırladaq ki, Pavlyuçenko “Lokomotiv” klubu ilə Sloveniyada təlim məşqlərindədir. Bildirdiyinə görə o, 14 iyulda Moskvaya qatıtmağı planlaşdırır.
/Yenises.ru/