M.Ə. Rəsulzadənin 130 illik yubileyinin keçiriləcəyi məkan dəyişdirildi


M.Ə. Rəsulzadənin 130 illik  yubileyinin keçiriləcəyi məkan dəyişdirildi
M. Ə. Rəsulzadənin 130 illik yubileyinin azərbaycanlı messenat Şəmsi Əsədullayevin evi kimi tanınan hazırda “Tatar mədəniyyət mərkəzi” adlandırılan (bu məkanın adı və kimə məxsusluğu zaman-zaman mübahisə mövzusu olmuş və olaraq qalır-red) məkanda keçiriləcəyi haqqında məlumat vermişdik.

Təşkilat komitəsi M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçiriləcəyi məkanın bu və ya digər səbəblər üzündən dəyişdirilərək, aşağıdakı ünvanda baş tutacağını bildirir.

M.Ə.Rəsulzadənin 130 illik yubileyi 31 yanvar 2014 il tarixində saat 17:00-da Bolşaya Yakimanka 24 ünvanda yerləşən “Prezident otel”-də keçiriləcək.

M.Ə.Rəsulzadə fondu, Ümumrusiya Azərbaycanlıları Konqresi (VAK) və “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin birgə təşkil etdiyi təntənəli gecədə Azərbaycanın Ruisyadakı səfiri Polad Bülbüloğlunun, Moskva və Bakı ictimai-mühitini təmsil edən nümayəndələrin, o cümlədən M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin iştirakı gözlənilir. Qonaqlara M.Ə.Rəsulzadənin həyatından bəhs edilən videofilm, onun əsərləri əsasında teatrlaşdırılmış səhnələr, musiqi və digər maraqlı proqramlar təqdim ediləcək.

Təşkilat komitəsi: Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları


Bir cavab yazın