Macarıstan AŞ ilə Gürcüstan, Ukrayna və Moldova arasındakı Assosasiya sazişini təsdiqlədi
Macarıstan parlamenti Avropa Şurası ilə Gürcüstan, Ukrayna və Moldova arasındakı Assosasiya sazişini qəbul edib. Bu haqda Gürcüstan XİN-nin mətbuat xidməti məlumat verib.
“Gürcüstan xəbərləri”” agentliyinin xəbərinə görə Gürcüstanla Avropa Şürası arasındakı Assosasiya sazişini 127 deputat dəstəkləyib.
“”Sənədi Macarıstan prezidenti aidiyyatı fərmanla imzalayandan sonra gələn həftə qüvvəyə minəcək””,-deyə məlumatda deyilir.
Ukrayna MİD-nin başçısı Pavel Klimkin də öz növbəsində Twitter səhifəsində yazıb: “”Macarıstan Ukrayna ilə AŞ arasındakı razılaşmanı təsdiqlədi””. Onun sözlərinə görə bu sənədin üçüncü gün (bu gün) İsveç parlamentində də qəbul edilməsi gözlənilir.
Xatırladaq ki, 27 iyunda Ukrayna, Gürcüstan və Moldova ilə Avropa Şurası arasında Assosasiya sazişinin iqtisadi hissəsini imzalamışdılar.
/Yenises.ru/“