Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi
Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.
Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya – hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.
Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün “hava, quru və dəniz”” hərbi yardımdan gedir.
Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.
Yenises.ru“