Matvienko: Rusiya Avropa Şurasının pulunu kəsir


Matvienko: Rusiya Avropa Şurasının pulunu kəsir
Rusiya Avropa Şuarsına ödədiyi üzvlük haqqını ixtisar etdi. Avropa Şurasında bizim ödədiyimiz pulla bizə qarşı çıxırlar.

Peterburq Beynəlxaql İqtisadi Forumu çərçivəsində Federasiya şurasının spikeri Valentina Matvienko bəyan edib ki, Rusiya Avropa Şurasının AŞPA-nın (Avropa Şuarsı Parlament Assambleyası) maliyyələşməsinə yönəlmiş üzvlük haqqının 5 hissəsini kəsməyi qərara alıb.

O, TASS agentliyinə müsahibəsində bildirib ki, hazırda XİN üzvlük haqqının ixtisar olunmasının hüquqi tərəfi üzərində çalışır.

Matvienko onu da izah edib ki, Avropa Şurasında Rusiyanın üzvlük haqqının 3 hissəsi təxminən AŞPA-nın işinə sərf edilir.

Onun sözlərinə görə Rusiyanını ayırdığı vəsaitlə ölkənin əleyhinə “təxrubat hazırlayır, antirusiya əhvalı genişləndirilir, bizim pulla müxtəlif ölkələrə səfərlər edirlər””.

2016-cı ilin yanvarından Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməməyi qərara almışdı.

YENİSES.RU


Bir cavab yazın