Miqrantla polisin “qaçma-tutması” başlandı


Miqrantla polisin “qaçma-tutması” başlandı
Moskvada “miqrantlardan təmizləmə” əməliyyatı keçirilir

14 sentyabr hüquq- mühafizə orqanları əməkdaşları Moskva metrosu və onun ətrafında genişmiqyaslı yoxlama tədbiri aparır. Bu barədə RİA Novosti Daxili işlər nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Bu çərçivədə keçirilən tədbirdə əsas diqqət qeyri-leqal miqrasiyaya, saxta sənədlərin hazırlanması və satılmasına, qanusuz silah-sursatların istifadəsinə, etnik cinayətkarlıq hallarının qarşısının alınmasına yönəldilib”- mətbuat xidmətinin əməkdaşı belə deyib.

Rusiya KİV-ləri Moskva polisinin genişmiqyaslı yoxlama –axtarış tədbirinə start verilməsini labudləşdirən iyulun sonunda Matveev bazarında polis əməkdaşının miqrantlar tərəfindən döyülməsi hadisəsi olduğunu yazır.

Bir müddət əvvəl qastarbayterlərin yığışdığı bazarlarda və digər yerlərdə Moskva polisinin keçirdiyi xüsusi dekriminallaşma əməliyyatı kütlə arasında böyük ictimai rezonansa səbəb olmuşdu. DİN başçısı Kolokoltsev bazarların təmizlənməsi əməliyyatı cinayətkarlığın səviyyəsinin azalmasına gətirib çıxardığını qeyd etmişdi.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın