Moskva ətrafında Milli Qəhrəmanlar və prezidentlər üçün qəbristanlıq açıldı


Moskva ətrafında  Milli Qəhrəmanlar və prezidentlər üçün qəbristanlıq açıldı
Federal hərbi memorial qəbristanlığın açılması hələ 2010-cü ilə planlaşdırılmışdı. Amma o zaman dövlətin buna pulu çatmadı.

RF Müdafiə naziri Sergey Şoyqu Moskva vilayləti Ostaşkovski şossesinin 4 kilometrliyində salınmış qəbristanlığın açılışında iştirak edib.

Qəbristanlıq SSRİ və Rusiya prezidentləri, hökümət başçıları, Rusiya və SSRİ Milli qəhrəmanları, həmçinin nazirlər, marşallar, ordu generalları, Andrey Pervozvanı ordeni və Şöhrət ordeni kavalerlərinin nəşini dəfn etmək üçün nəzərdə tutulub.

Müdafiə nazirinin sözlərinə görə bura Rusiyanın Vətən qarşısında unudulmaz xidmətləri olan görkəmli şəxslərinin xatirəsini özündə əsk etdirən yer olacaq.

Şərhçilər qeyd edirlər ki, prezident-qəhrəman qəbristanlığı hələ 3 il əvvəl, 2010-cu ilin 9 Mayında açmaq palnlaşdırılmışdı. Amma maliyyə sıxıntısına görə o zaman bu layihə gecikdirildi.

Birinci dəfn mərasimi cümə günü həyata keçirilib, Böyük Vətən müharibəsində həlak olan əsgərlərin nəşləri torpağa tapşırılıb. Rəsmi məlumata görə memorial kompleksin tikintisinə 4 milyard rubl vəsait xərclənib.

/Yenises.ru/


Bir cavab yazın