Moskvada soydaşımızın rəsmlərindən ibarət sərgi olacaq
Noyabrın 20-də Marina Svetayeva ev muzeyində Beynəlxalq Rəssamllar Assosiasyasının üzvü rəssam İlhamə Qurbanovanın “Payız sevgisi” adlı rəsm sərgisi keçiriləcək. Rəssamın təbiət, payız mövzusunda işlənmiş 35-40-ya yaxın əsəri bu sərgidə nümayiş etdiriləcək.
Sərginin 10-15 gün keçiriləcəyi nəzərdə tutulub. Moskvada keçiriləcək ilk sərgisini oldugunu deyən rəsamımız İlhamə Qurbanova bundan əvvəl işlərinin Türkiyədə və Azərbaycanda da sərgilərdə iştirak etdiyini dedi. Bu isə sadəcə onun əsərlərindən ibarət olaraq nümayiş olunan birinci sərgisi olacaq.
Rəssam əsasən payıza məhəbbətini yağlı boyaların dili ilə rəsmlərində insanara çatdırmaq istəyini əks etdirdiyi bildirdi. “Mən Qarabaglı olduğumdan yağlı boya ilə, karandaşa çəkdiyim rəsmlərin çoxü füsunkar təbiətimiz, milli geyimlərimizi əks etdirir. Və qadın olduğum üçün təbii ki, təbiətə, mövsümə məhəbbətin içində qadın məhəbbəti də var”-deyə sərgidən əvvəl bu fikirlərini paylaşdı bizimlə.
Rəssam fikirlərini sözlə yox, rəsmləri ilə daha asan ifadə edər. İlhamə xanım da sərgidən sonra fikri rəsmlərə baxanlar deyəcək.
Tünzalə Vəliqızı
/Yenises.ru/