Nicat


Moskvada Qadınların "Nicat" xeyriyyə fondu  Qələbənin  70 illiyi ilə bağlı  tədbir keçirdi
“1941-45-ci illərdə Böyük vətən müharibəsində Azərbaycan qadınlarının rolu”” adlı ədəbi- bədii gecə AMİİF-in ofisində keçirildi. Müharibə dövrünün uşaqları-Lidiya Vasiliyevna Triadskaya, Anna Konstantinovna Blaqova və Yelena Sergeyevna Durovanın qonaq olduğu tədbiri “”Nicat”” xeyriyyə fondu idarə heyətinin üzvü Validə Məmmədova açdı.

V. Məmmədova Böyük Vətən Müharibəsində şəhid olmuş, itkin düşmüşlərin xatirəsini bir dəqiqə sükutla yad edən tədbir iştirakşılarına o müharibədə Azərbyancan xalqının da digər xalqlarla birgı keçdiyi ağrılı -acılı döyüş yolu, qəhrəmanları haqqında qısa məlumat verdi.

“” Torpağına bir güllə düşməyən Azərbaycan, müharibəni 85 faiz Bakı nefti ilə təmin edib. Hər bir azərbaycanlı ailəsində o müharibənin acısından keçən doğması var””.

Atasının müharibə iştirakçlsl olub, övladlarına müharibənin dəhşətlərini anlatdıqca o xatirələrdən belə qan, aclıq, səfalət qoxusu gəldiyini söyləyən V. Məmmədova ön və arxa cəbhədə qadınlarmızın da kişilərlə birgə bu sınaqlardan keçdiyini qeyd etdi.

Müharibənin uşaqları olan gecənin qonaqları da uşaqlığını müharibədə itirən nəslin nümayəndəsi olaraq tez böyüdüklərini təəssüflə xatırladılar.

50 ildən artıq pedoqoji fəlaiyyətlə məşgul olan, bu sahədə yüksək postlarda çalışdığını bildirən “”Əmək qəhrəmanı”” ordenli Lidiya Triadskaya müharibənin onun yaddaşında buraxdığı silinməyən izləri belə xatırtlatdı.

“”Müharibə başlayanda məktəblər tətildə idi. O ili o tətili müharibə üzatdı. Moskvada məktəblər hərdbiu hospitallara donuşdü. Biz məktəblilər xəstələrin məktublarını oxuyur, yedirtməkdə yardım edir, gecələr hətta növbə çəkirdik. Kiçik olsaq da böyüklərlə birlikdə çalışır, hər birimiz iş bölgüsünə uyğun tapşırıqları yerinə yetirirdik””.

L. Vasiliyevna müharibənin, aclığın, soyuğun, səfalətin nə olduğunu yalnız onu yaşayanlar, görənlər bilir deyərək, heç bir uşağa uşağlığını belə savaşların almamasını dilədi.

Alla Konstantinovna Blaqova Moskvadan kənarda Petuşkidə olduğunu, fabrik, zavodların profillərini dəyişib hərbi döyüş sursatı istehsalına keçdiyini vurğuladı.

“”Atam dəmir yolununun hərbi rəisi idi. O demək olar ki, qaynar döyüşlərdə olmayıb, amma çox məsulliyyətli iş- cəbhəni döyüş sursatı ilə təmin edilməsinə nəzarət onun üzərinə düşüb. Dayılarım biri ayaqsız, biri xəstə qayıtdı, biri isə itkin düşdü””- müharibə qapılardan bu ağrılarla girib deyən A. Blaqova bütün 15 respublikanın xalqlarının bu savaşı birgə qazandığını söylədi.

Məhşür kinorejissor Durovlar nəslindən olan Yelena Sergeyevna əmisi hərbi müxbir işləmiş Valentin Durovun müharibə zamanı oğlu doğulamsı xəbəriylə bağlı elə həmin gecə ona həsr etdiyi “”Oğul”” şeirinin yazılmasından danışaraq, adıçəkilən şeiri oxudu. Şeirdə “”sənin və bütün körpələrin qan-qada qorxusuz yaşaması üçün qələbə ruhu ilə vuruşacağam””-deyə oğluna və bütün övladlara xitab edilirdi.

Şairə Afaq Şıxlı çıxışında tədbirin mövzusuna uyğun olaraq rus və azərbaycan dillərində vətən haqqında iki şeirini oxudu.

“”Nicat”” qadınlar xeyriyyə fondunun üzvləri Məshəti Əliverdiyeva, Aişə Cəfərova çıxşılarında Azərbaycanın döyüşçü qadınları Züleyxa Seyidməmmədova, Ziba Qəniyevanın keçdiyi döyüş yolundan, Moskvanın müdafiəsində iştiraklarından danışdılar.

İştirakçılara Aytən Məmmədovanın hazırladığı Azərbaycanın ilk qadın təyyarəçisi Züleyxa Seyidməmmədovanın müharibədə qəhrəmanlığından bəhs edən tanıtım videosujeti təqdim olundu.

Məktəbli Nigar Rəhimovanın müharibə haqqında oxuduğu mahnılar, Xalidə Səmədovanın ifasında Konstantin Simonovun məhşur “”Jdi menya”” şeiri içtirakçıların alqışlarıyla qarşılandı.

Tədbirin sonunda “”muharibə dövrünün uşaqları”” olan veteranlara AMİFF və Azərbaycan Slavyan Gənclər Assosiayası Rusiya nümayəndəliyinin ilə birgə hədiyyəsi və gül buketləri verildi.

Tədbirin diqqətçəkən məqamlarından biri Azərbaycan qadınlarının milli baş örtüyü-kəlağayıda oturmaları idi.

Söhbət yemək süfrəsi və musiqinin müşaiyəti ilə davam etdi. Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/

FOTOLAR

Moskvada Qadınların &quot
</p>

<script type="text/javascript">
jQuery(document).ready(function($) {
	$.post(

Bir cavab yazın