Qarabağ münaqişəsini qızışdırmaq kimə sərf edir-Amerikaya, yoxsa Türkiyəyə?


Qarabağ münaqişəsini qızışdırmaq kimə sərf edir-Amerikaya, yoxsa Türkiyəyə?
“Ermənistanı Rusiyanın Azərbaycana silah satması narahat edir. O zaman hansı kompromisdən söhbət gedir?”

“Qarabağın Azərbaycan camaatı haradadır, bu da sizi narahat edirmi?

«Dağlıq Qarabağ üstündə mübahisə. Atəşkəs nə qədər davam edəcək?” mövzusunda “Parlament qəzeti”nin mətbuat mərkəzində keçirilən dəyirmi masada “Qarabağ üstündə mübahisə düşdü”, gərgin anlar yaşandı.

Münaqişənin yeni stadiyaya keçməsi onun ərtafında gedən mübahisələrin də formatına təsir edib. 2-5 apreldə hərbi əməliyyatların aktivləşməsi, Azərbaycanın cəbhəboyu hücuma keçməsi “dondurulumuş münaqişəni kim qızışdırdı?” sualını ortaya atıb.

Cavab isə… Dəyirimi masada iştirak edən ekspertlərin fikirləri haçalanadı, azərbaycanlı jurnalsitlərin etirazı alovlandı.

Dəyirmi masanın spikerinin ekspertlərə dalbadal ünvanladığı ermənimövqeli suallarına azərbaycanlı jurnalsitlər etinasız qala bilmədilər.

Lider TV-nin Moskva təmsilçisi Anar Həsənov spikerə irad tutaraq, 2-5 aprel əməliyyatları başlayandan Rusiya KİV-ində bu münaqişənin birtərəfli işıqlandırılmasına alışmışıq,- dedi. “Mütəmadi hala çevrilən, Azərbaycan tərəfin mövqeyini ifadə etməsinə şərait yaratmayan efirlər kimi, siz də bu gün burada eyni kursu davam etdirirsiniz”.

Anar Həsənov Dağlıq Qarabağdan danışanda “qarabağlı milləti”nin də öz fikri var deyən spikerə, “Dağlıq Qarabağda qarabağlı milləti nə deməkdir, məsələn, Orenburqdan olan ayrıca orenburqlu millətimi olur”-deyə emosiyasını saxlamadı. “Azərbaycan-Rusiya münasibətlərinin soyuqlaşmasına xidmət edən çıxışlara son verin”. Jurnalistin etirazını qəbul edən dəyirmi masa spikeri üzr istədi.

Münaqişədə kənar müdaxilə axtaran “dəyirmi masa” iştirakçıları hədəf olaraq Türkiyə və Amerikanı göstərdilər.

“Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli Rusiya üçün həyati məna kəsb edir. Situasiyanın aktiv hərbi stadiyaya keçməsi hamıya-bu münaqişdə iştirak edən dövlətlər-Azərbaycana, Ermənistana, Rusiyaya, Türkiyəyə zərər gətirəcək. Sadəcə bu Vaşinqton üçün sərəflidir”.

Bu fikirləri səsləndirən RF Dövlət Duması iqtisadi siyasət, innovasiyanın inkişafı və sahibkarlıq məsələləri üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov,- “Dağlıq Qarabağ konfliktinin yenagə benefisiyarı ABŞ-dır”-dedi.

O, mübahisəli Dağlıq Qarabağ problemi haqqında danışarkən son dərəcə ehtiyatlı olmağı da tövsiyyə etdi.

AvroazES institutunun baş direktoru, politoloq Vladimir Lepexin isə iqtisadi inkişafına görə dünyada 16-cı yeri tutan Tükiyənin yenidən türkdilli xalqları əhatə etməklə böyük Osmanlı dövləti yaratmaq iddiasını- ideyasını misal çəkərək, Ərdoğanın starteji cəhətdən Rusiyanın təsirində olan ərazilərə müdaxilə etməsinin buna işarə olduğunu bildirdi.

ATV-nın Moskva müxbiri Elzar Ağayev,- əgər aprel əməliyyatı il yarım əvvələ-Rusiyanın Türkiyə ilə dost olduğu zamana düşsəydi, o zaman da Türkiyəni günahlandıracaqdınızmi?-sualına Yemelyanov,-o zaman bu baş verənlər baş verməyəcəkdi. Çünki o zaman qüvvələr nisbəti bugünkü kimi deyildi. Bu gün Rusiyanın regionda təklənmək kimi bir durumu var-dedi.

“Qolos Armeniya”nın jurnalisti isə münqişədə onlara dəstək çıxmayan Belorus və Qazağıstanı suçlayaraq, Rusiya da başda olmaqla ODKB üzvü olan Ermənistana o zaman bu təşkilatda olmaq lazımdırmı?-deyə sordu.

Ekspertlər eyni zamanda Rusiyanın həm Ermənistana, həm də Azərbaycana silah satması məsələsinə də münasibət bildirdilər.

Anar Həsənov: “Ermənistanı Rusiyanın Azərbaycana silah satması narahat edir. O zaman hansı kompromisdən söhbət gedir?”

“Ermənistanla ODKB-da müttəfiq olan Rusiyanın Azərbaycana silah satması məntiqli deyil”-Lepexin bunun yanlış oldğunu qeyd etdi.

Elzar Ağayevin “Qarabağın Azərbaycan camaatı haradadır, bu da sizi narahat edirmi?” –sualı da boşluğa düşdü.

Dəyirmi masanın “Atəşkəs nə zamana kimi davam edəcək”- sualının cavabı həlli qeyri-müəyyən müddətə hesablanan Qarabağ məsələsində hər zaman “2 aprel sürprizlərinin” olması ehtimalına buraxıldı. “Problemin sülh yolu ilə həll olunması üçün “Kazan varinatı”nın (5 rayonun verilməsi, 2 koridor rayonlara sülhməramlıların yerləşdirilməsi və Qarabağa köçkünlər qayıdandan sonra referendum keçirilməsi-red.) yenidən gündəmə gətirilməsinin ən optimal varinat olduğunu” RF ictimai palatasının üzvü, politoloq Sergey Markov dilə gətirdi.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi məsələsini qaldıran, o qətnamələrə Rusiyanın da imza atdığını vurğulayan jurnalist Anar Həsənovun,- bu niyə hər zaman gözardı edilir?-sualı da yenə də gözardında buraxıldı.

Mübahisəsiz, qeyd-şərtsiz Azərbaycanın olan Qarabağın problemi yenə də masada mübahisəli qaldı.

Tünzalə Vəliqızı, Moskva
12.04.2016


Bir cavab yazın