Rusiya amerika valyutasından istifadəni məhdudlaşdırır
Rusiya ABŞ-ın yeni sanksiyasına cavab olaraq ödəmə sistemində amerika valyutasından asılılığı azaldacaq. Bu haqda xarici işlər nazirinin müavini Sergey Ryabkov “Mejdunarodnaya jizn”” jurnalına müsahibəsində deyib.
“”Əlbəttə ki, biz idxalla əlaqəli, amerika ödəmə sistemindən asılılığı azaltmaq, dollardan hesablama valyutası kimi istifadə ilə bağlı işləri aktivləşdirmişik. Artıq bu bir ehtiyacdır””-deyə diplomat qeyd edib.
Ryabkov onu da bildirib ki, sanksiyanın üzünmüddətli xarakterini nəzərə alaraq iqtisadi sxemi qurmaq vacibdir.
“”Problem ondadır ki, Rusiya-Amerika münasibətlərini yenidən düzəltmək üçün konqresin hər iki palatası sanksiyasız, qərar qəbul etmədən belə qanunvericiliyə uyğun qaydada hər şeyi ləğv etsələr də, bundan qurtulmaq çox çətin olacaq. Buna çox zaman sərf ediləcəyi faktdır””-deyə o, əlavə edib.
Bununla yanaşı Ryabkov vurğulayıb ki, əgər ameika valyuta-maliyyə sistemindən asılılığı məhdudlaşdırmasaq Rusiya “”hər zaman onların istədikləri şəkildə, onların qarmağında olacaq””.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp konqresdən keçmiş Rusiya, Şimalı Koreya və İrana qarşı sanksiya qanununu imzalamışdı. Eyni zamanda amerika höküməti başçısının yardımçısı Gerbert Makmaster bəyan etmişdi ki, Tramp Moskva amerika maraqlarına toxunduğu təqdirdə Rusiyaya qarşı durmaq istəyir, digər tərəfdən də Moskva ilə əməkdaşlıq sahəsi axtarır.
Yenises.ru“