Rusiya Donbassa humanitar yardımı dayandırmağı planlaşdırır
Rusiyanın RBK saytı Moskvanın Donbassa humanitar yardımını dayandırmağı planlaşdırdığını yazıb. Sayt sentyabrın 1-də keçirilən iclasın protokoluna əsasən belə qənaətə gəlib. Orada hökümətin “bəzi ərazilərə”” humanitar yardımın dayandırılması nəzərdə tutulub. Protokolda bu addımın Krım Və Sevastopolun xeyrinə digərlərinə yardımı kəsmək gərəkdiyi göstərilir. RBK-a “”bəzi ərazilər”” deyildiyində Donbass nəzərdə tutulduğu ehtimalını önə sürüb.
Hökümət Krım və Kalininqrad layihələrinin maliyyələşdirilməsi üçün bəzi ərazilərə “”humanitar yardımdan”” imtina etməyə hazırlaşır. RBK-nın məlumatına görə sentyabrın 1-dəki yığıncağın nəticələrinə əsasən belə bir tapşırığı baş nazirin müavini Dmitri Kozak verib. Mənbənin məlumatında o da bildirilir ki, “”bəzi ərazilər”” deyildiyində Donbass düşünülür.
Lakin Rusiya büdcəsinin açıq sənədlərində RBK “”ayrı ərazilərə humanitar yardım”” və ya buna oxşar terminə rast gəlməyib.
Maliyyə nazirliyi və baş nazirin mətbuat katibi Nataliya Timakova, eləcə də Dmitri Kozakın nümayəndəsi bunu şərh etmək istəməyiblər.
Donetsk və Luqansk qondarma respublikalarının nümayəndələri Denis Puşilin və Vladislav Dayneko da hələlik məlumatı şərh etməyiblər.
Sentyabrın 1-dəki iclasın protokoluna görə hökümət əlavə olaraq 2018-2020-ci illər üçün Krım və Sevastopola 85 milyard rubl, o cümlədən 2019-2020 illərdə 61,6 milyard rubl malliyyə ayırmalıdır. Maliyyə təminatı üçün ümumi məbləğ 165milyard rubl edir-deyə RBK rəqəmləri dəqiqləşdirib.
Yenises.ru
“