Rusiyada şiddətli qasırğa nəticəsində bir uşaq ölüb, 31 nəfər yaralanıb


Aprel ayının sonu Moskvaya qarı-boranı ilə gəlib. Qarlı, küləkli, fırtınalı hava şəraiti Rusiyanın dörd federal rayonunda ümumilikdə bir uşaqğın ölümünə və 31 nəfərin yaralanmasına səbəb olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Fəlakət Sibir, Volqa, Mərkəzi və Şimal-Qərb bölgələrinə təsir edib.

Nazirlikdən TASS-a verilən məlumata görə, “Sibir, Volqa, Mərkəzi və Şimal-Qərb Federal Dairələrində beş uşaq da daxil olmaqla 32 nəfər yaralanıb. Bir uşaq ölüb, dörd uşaq da daxil olmaqla 31 nəfər xəstəxanalara aparılıb”.

Xilasedicilər fəlakətdən zərər çəkən bölgələrdə fırtınanın nəticələrini aradan qaldırmağa davam edirlər.

Xatırladaq ki, Moskvada və ətraf bölgələrdə güclü qar yağışı davam edir və aylıq qar yağışının yarısından çoxu artıq yağıb. Qar ağacları sındırır və elektrik xətlərinə yapışır. Hakimiyyət orqanları şiddətlənən qar fırtınaları, buzlu hava şəraiti və hətta quru ildırım proqnozlaşdıraraq narıncı həyəcan siqnalı verib.

Samarada şiddətli hava şəraiti iki məktəbli qızın üzərinə ağacın aşmasına səbəb olub: 13 yaşlı qız ölüb, 14 yaşlı qız isə xəstəxanaya yerləşdirilib. Bölgədə yağış, ildırım, dolu və güclü külək olacağı proqnozlaşdırılan fırtına xəbərdarlığı edilib.

Yenises.ru