Rusiyalı boksçu Qoroxovun Trabzonda qələbəsi ona baha başa gəlib
Türkiyənin Trabzon şəhərində UBO üzrə dünya çempionlğu uğrunda keçirilən boks yarışmasında kütləvi dava düşüb. Davaya səbəb rusiyalı boksçu Sergey Qoroxovun yerli t dmançı Əmirhan Kalkanı məğlub etməsi olub.
Bu barədə Qoroxov İnstaqramda (platforma Rusiyada ekstremist kimi qadağan olunmuş Meta şirkətinə məxsusdur) komandasına əllərindən, ayaqlarından və stullarından istifadə edən təxminən 70 nəfərlik bir izdihamın hücumuna məruz qaldığını bildirib.
Hadisədən sonra polis Qoroxovun komandasını tibbi yardım üçün xəstəxanaya, daha sonra isə otellərinə müşayiət etməli olub.
Gərginliyin artması səbəbindən turnir dayandırılıb və qalib rəsmi olaraq elan edilməyib. Rəsmi araşdırma aparılır.
Yenises.ru
